Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı müstəqil ekspertlər institutu yaradılır

Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı müstəqil ekspertlər institutu yaradılırYaxın vaxtlarda Azərbaycanda bəzi peşə sahibləri əsas işləri ilə yanaşı, əlavə gəlir əldə etmək imkanı da qazanacaqlar.
Aqrar Sığorta Fondundan Milli.Az-a verilən məlumatda bildirilir ki, bu - ölkədə ilk dəfə olaraq aqrar sığorta mexanizminin tətbiqi ilə bağlıdır.
Azərbaycanda aqrar sığortanın tətbiqi ilə əlaqədar olaraq bu sahədə müstəqil ekspertlər institutu yaradılır. Müstəqil ekspert - kənd təsərrüfatı sığortasında riskləri və zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxsdir.
Ölkə qanunvericiliyinə görə, aqrar sığorta müqaviləsi bağlanarkən riskləri və hadisə baş verdikdə dəymiş zərəri müstəqil ekspertlər qiymətləndirəcəklər. Bu - ödənişli xidmətdir və həmin xidmətlərin həyata keçirilməsi üçün müstəqil ekspertlərə müvafiq xidmət haqqı ödəniləcək.
Aqrar sığorta üzrə müstəqil ekspert fəaliyyəti kifayət qədər gəlirli sahədir. Analoji aqrar sığorta sisteminin tətbiq edildiyi Türkiyədə müstəqil sığorta ekspertlərinin aylıq gəliri 10-12 min türk lirəsi ətrafında dəyişir. Bundan başqa, Türkiyədə müstəqil ekspertlər xidmət haqqı ilə yanaşı, avtomobil yanacağı ilə də təmin olunurlar. Oxşar sistemin Azərbaycanda da tətbiq ediləcəyi nəzərdə tutulur.
Nazirlər Kabinetinin müvafiq qərarına görə (Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi haqqında) aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq istəyən şəxslər aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi; baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik; eləcə də balıqçılıq və su bioehtiyatları və akvakultura üzrə ali və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.
Başqa sözlə, hazırda dövlət və özəl sektorda çalışan baytarlar, aqronomlar, balıqçılıq və oxşar ixtisaslara sahib olan şəxslər, eləcə də sözügedən ixtisaslar üzrə universitet və kollec məzunları müstəqil ekspert statusu ala bilərlər.
Belə ixtisaslara malik olan şəxslər aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq üçün müvafiq imtahan verərək sertifikat almalı və reyestrə daxil edilməlidirlər.
Müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək. Artıq Dövlət İmtahan Mərkəzi (DİM) namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib. Proqramlarla
() linki vasitəsilə tanış olmaq olar.
İmtahan iki mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, o cümlədən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.
İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir. İmtahanın ikinci mərhələsi təlim proqramına dair sualları əhatə edir.
İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün ümumi (maksimal) bal 120 baldır və imtahanın birinci mərhələsi üzrə 60 faiz, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın hər bir mərhələsinin davametmə müddəti 3 saatdır.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
- Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahanlarda iştirak etmək istəyən namizədlər "Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə yaxından tanış olmaları məqsədəuyğundur.
Xatırladaq ki, imtahan Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası"na əsasən keçirilir. İmtahan nəticəsində sertifikatlar Dövlət İmtahan Mərkəzi tərəfindən verilir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az