Azərbaycanda "Avro-5" standartına uyğun benzin istehsalı üzrə işlərə Türkiyə şirkəti də cəlb olunub - FOTO

Azərbaycanda "Avro-5" standartına uyğun benzin istehsalı üzrə işlərə Türkiyə şirkəti də cəlb olunub - FOTOAzərbaycanda "Avro-5" standartına uyğun benzin istehsalı üzrə işlərə Türkiyə şirkəti də cəlb olunub - FOTO
Heydər Əliyev adına Neft Emalı Zavodunda "Avro-5" standartına uyğun benzin istehsalı üzrə yeni emal qurğularının quraşdırılması üçün sahə hazırlıqlarını Türkiyə şirkəti həyata keçirəcək.
Oxu.Az-ın məlumatına görə, şirkət layihə üzrə tenderin qalibi olduğunu və layihədə iştirak haqqı əldə etdiyini açıqlayıb.
Layihə "ÜSTAY Construction Company" tərəfindən aparılacaq. Kompaniya Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa ediləcək "Prime G" vahidinin sahə hazırlığı işlərinə cavabdeh olacaq.
Azərbaycanda "Avro-5" standartına uyğun benzin istehsalı üzrə işlərə Türkiyə şirkəti də cəlb olunub - FOTOLayihə çərçivəsində qazıntı və dolğu işləri aparılacaq və yekunda ərazi hazır layihə halında Dövlət Neft Şirkəti - SOCAR-a təhvil veriləcək.
Xatırladaq ki, SOCAR və "Maire Tecnimont Group" yeni nəsil emal qurğuları barədə sazişlər imzalayıb. Həmin müqaviləyə görə əlavə qurğular tikilməli idi. Hazırda isə həmin tikinti üçün sahənin hazırlanması məqsədi ilə "ÜSTAY Construction Company" subpodratçı qismində cəlb olunub.
Qeyd edək ki, imzalanmış sazişlər çərçivəsində Heydər Əliyev adına Neft Emalı Zavodunda "Avro-5" standartına uyğun benzin istehsalı üçün lazım olan üç yeni emal qurğusunun quraşdırılması nəzərdə tutulur.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu modernizasiya və yenidənqurma layihəsi çərçivəsində Maire Tecnimont S.p.A. qrupunun törəmələri olan Tecnimont S.p.A. və KT-Kinetics Technology S.p.A. şirkətləri ilə iki mühəndislik, təchizat və tikinti (EPC) sazişi imzalayıb.
Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.
Nigar Məmmədova

Sosial       Tarix: 30 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar xeberlər ən son xeberler iqtisadiyyat xeberleri bugun