Azərbaycanda bəzi dağ çaylarında daşqınlar gözlənilir

Azərbaycanda bəzi dağ çaylarında daşqınlar gözlənilirAzərbaycanda bəzi dağ çaylarında daşqınlar gözlənilir
Çaylarda yaz-yay gursululuq dövrünün proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, 2020-ci ilin martında qarölçmə işlərini aparmaq məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən Böyük və Kiçik Qafqazın dağ və dağətəyi zonalarının çay hövzələrində 28 marşrut üzrə ekspedisiyalar təşkil olunub.
Qarölçmə işləri zamanı hər bir marşrutda qar örtüyünün hündürlüyü və qarın miqdarı​ təyin olunduqdan sonra qarın sıxlığı və sululuğu müəyyən edilib.
Qarölçmə işlərinin nəticələrinə əsasən,​ bu il Böyük Qafqaz çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 69-84 faizini (2019-cu ildə normanın 68-115 faizini), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın ​78-83 faizini (2019-cu ildə normanın 110-121 faizini) təşkil edib.
Aparılan kompleks təhlillərə görə, bu ilin aprel-iyun ayları üçün gursululuq dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına gözlənilən axının çoxillik normanın 55-67, Qanıx çayından Mingəçevir su anbarına axının normanın 52-79, Araz çayından Araz su anbarına gözlənilən axının isə normanın 45-65 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın yerli çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və az (81-102 faiz), Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az (42-80 faiz) olacağı gözlənilir.
Bu da respublika çaylarında ​ötən il gursululuq dövrü zamanı müşahidə olunan az sululuqla səciyyələnən vəziyyətə yaxındır.
Bununla yanaşı, hər il olduğu kimi yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar ​nəticəsində​ Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, yaz-yay gursululuğuna dair hər il mütəmadi olaraq hazırlanan hidroloji proqnoz müxtəlif məqsədlərlə sudan istifadənin daha səmərəli planlaşdırılmasına, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsinə, əhalinin, energetikanın, kənd təsərrüfatının su təchizatının balanslı təşkil edilməsinə xidmət göstərir.
Ölkəmizin çaylarında gursululuq dövrünün axımı əsasən çay hövzələrində (1000-3500 metr yüksəklik zonasında) qış dövrü ərzində toplanan qar ehtiyatları və yaz yağıntıları hesabına formalaşır.  /oxu.az

Sosial       Tarix: 09 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar qarabag son xəbərlər azərbaycanda en sonxeber