Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN

Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUNSon günlər ölkədə insanların göbələkdən zəhərlənmə faktlarının sayının artdığını görürük. Ümumiyyətlə, hər il yüzlərlə insan ehtiyatsızlıqla toplanan və ya yanlış tanınan zəhərli göbələklərdən zəhərlənmə riski ilə üzləşir. Göbələkdən zəhərlənmələrin səbəbləri, əlamətləri və qarşısını alma yolları ilə bağlı maarifləndirmə işlərinin aparılması bu qidadan təhlükəsiz şəkildə faydalanmağın əsas şərtidir.
Bəs göbələkdən zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Ağa Salamov baku.ws-ə bununla bağlı açıqlama verib.
O bildirib ki, bu məsələ ilə bağlı bir çox maarifləndirmə işləri aparılır:
"Təəssüflər olsun ki, neçə aydır ki, ard-arda göbələk zəhərlənməsi xəbərlərini görürük. Problem ondadır ki, çox vaxt regionlarda yaşayan vətəndaşlarımız öz həyətlərində və yaxud meşələrdə yabanı halda yetişən göbələkləri toplayırlar. Daha sonra onlarda hazırladıqları yeməklər, turşular zəhərlənmələrə yol açır.
Şampinyon qidalarda istifadə etdiyimiz göbələk növüdür. Ancaq şampinyona bənzər bir göbələk növü də solğun əzvaydır. Hansı ki həmin göbələk növü zəhərlidir. Çox vaxt insanlar şampinyonla birgə onu da yığır, bu da zəhərlənməyə yol açır.
Zəhərli göbələkləri bu qida ilə bağlı məlumatı olan insanların yığması daha məqsədəuyğundur. Onlar göbələyin rəngindən, qapağının altına baxmaqla, görünüşü ilə ayıra bilirlər.
Supermarketlərdə və qida mağazalarında satılan, xüsusi şəraitdə yetişdirilmiş göbələklər, yabanı göbələklərə nisbətən daha təhlükəsizdir. Bu göbələklər müvafiq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq yetişdirilir və istehlakçılara təqdim olunur.
Əgər vətəndaşlar yenə də təbiətdə göbələk yığmaq istəyirlərsə, yığdıqları göbələklərin təhlil edilməsini və fərqləndirilməsini öyrənməlidirlər."
Qeyd edək ki, göbələkdən zəhərlənmənin ilk əlamətləri adətən baş ağrısı, qarın ağrısı, ürəkbulanma, qusma, diareya, halsızlıq və başgicəllənmə kimi simptomlardır. Bu simptomlar yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur, çünki göbələk zəhərlənməsi çox ciddi nəticələrə səbəb ola bilər.

Sağlamlıq       Tarix: 07 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az xeber.az 2026 en son xeber gunun xeberleri