Azərbaycanda cinayətkar şəbəkə ifşa edildi

Azərbaycanda cinayətkar şəbəkə ifşa edildiAzərbaycanda cinayətkar şəbəkə ifşa edildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkənin qanunsuz əməlləri ifşa edilib.
Bununla bağlı Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İskəndərov Rəşad İmran oğlunun 2018-2019-cu illər ərzində faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq tanışı Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə qabaqcadan əlbir olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyə Respublikasında qəbul etməli olan şəxslərə təhvil verilməsini təşkil etməsinə, habelə eyni məqsəd və üsulla həmin ölkədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərinin Azərbaycan Respublikasında ayrı-ayrı şəxslərə çatdırılması müqabilində ümumi dövriyyəsi 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min Avro təşkil edən (həmin dövrün məzənnəsi ilə ümumilikdə 162 milyon 720 min manat) 14 min 553 qanunsuz əməliyyat nəticəsində 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə etməsinə, eyni zamanda, həmin pul vəsaitini Kılıç Mustafa və başqaları ilə aralarında bölərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış zamanı oradan sonuncuya məxsus olan 4 ədəd noutbuk, 1 ədəd stolüstü komputer, 118 min ABŞ dolları, 61 min manat, 1.125 AVRO pul vəsaiti, 2 ədəd mobil telefon aşkar edilərək götürülüb.
İş üzrə Rəşad İskəndərov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. /oxu.az

Sosial       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler azerbaycan xeberleri yeni xeberler zelzele valyuta mezennesi son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər