Azərbaycanda davam edən islahatlar kontekstində növbədənkənar parlament seçkiləri

Azərbaycanda davam edən islahatlar kontekstində növbədənkənar parlament seçkiləriAzərbaycanda davam edən islahatlar kontekstində növbədənkənar parlament seçkiləri
Yaxın bir neçə ayda Azərbaycanda erkən parlament seçkiləri keçiriləcəyi gözlənilir. Bu, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının təcili iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı məsələnin qaldırılması barədə qərar qəbul edildiyi zaman məlum olub.
Bu ilin əvvəlində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı şayiələr gəzirdi. Azərbaycan Prezidenti İlham Əliyevin payız aylarında respublikanın Nazirlər Kabinetinin tərkibinin yenilənməsi ilə bağlı həyata keçirdiyi tədbirlərlə əlaqədar bu ehtimal xeyli artdı.
Prinsipcə, bu prosesin başlanğıcı 2018-ci ilin aprelində, növbədənkənar prezident seçkilərindən sonra yenidən dövlət başçısı seçilmiş İlham Əliyevin hakimiyyətdə kadr dəyişiklikləri həyata keçirməyə başladığı vaxt qoyulub.
Belə ki, uzun illər Baş nazirin postunda olan Artur Rasizadə öz postunu Novruz Məmmədova verdi. Bir sıra nazirliklərin rəhbərliyində gənc, perspektivli kadrlar meydana çıxdı. Hökumət strukturunda dəyişikliklər oldu.
Son prezident seçkilərindən il yarım sonra, Azərbaycanın fəal inkişaf edən iqtisadiyyatı ölkədə iqtisadi proseslərin keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri edib.
Və Prezident peşəkar iqtisadçı Əli Əsədovu hökumət başçısı təyin edir. Bu istiqamətdə növbəti addım hakimiyyətin gəncləşməsinin başlanğıcı oldu.
İlham Əliyev Azərbaycanda həyatın müxtəlif sahələrində aparılan islahatların daha yüksək səmərəliliyini təmin etmək üçün dövlət strukturlarının kadrlarının yenilənməsinin zəruriliyini bir daha bəyan etdi.
Ölkə Prezidentinin sözlərinə görə, həyat davam edir, ölkədə yeni tələblər yaranır, buna görə 70 yaşına çatmış dövlət xadimləri gənc nəslə yol verməlidirlər. Bu, Azərbaycanın daha uğurlu inkişafını təmin etmək üçün zəruridir.
Bunun ardınca çoxsaylı kadr dəyişikliyi baş verdi. Yaşı tamam olan məmurlar ya istirahətə getdilər və ya başqa vəzifələrə təyin edildilər.
Dövlət qurumlarında baş verən kadr dəyişiklikləri ilə əlaqədar erkən parlament seçkilərinin keçirilməsinə ehtiyac duyulurdu.
Hansı yöndən baxsaq, bu addım zamanın tələbindən irəli gəldiyini görərik, çünki Milli Məclisin çox sayda deputatının yaşı 70-i keçib. Üstəlik, Azərbaycanın qanunverici orqanının bəzi üzvlərinin 15-20 illik və daha çox müddətdə deputat mandatı var.
Ölkədə həyata keçirilən islahatlar, o cümlədən, kadr sahəsində keçirilən islahatlar üçün bir il gözləmək böyük itkidir. Həqiqətən, 2020-ci ilin noyabr ayında növbəti parlament seçkiləri keçirilməli idi. Erkən seçkilər daha əvvəl sınaqdan keçirilmiş gənc kadrların dövlət quruculuğu prosesinə qoşulmasına imkan verəcək.
Bu məsələdə hər gün qızıl dəyərinə bərabərdir. Gənc millət vəkili köhnə həmkarlarından fərqli olaraq, daha çevik, daha fəaldır, mövcud tendensiyaları daha yaxşı bilir, dövlətin və cəmiyyətin üzləşdiyi problemlərin həllində daha aktivdir.
Buna görə də Milli Məclisdə kadr dəyişikliklərinin aparılması respublikanın digər dövlət qurumlarına nisbətən, bəlkə də, daha aktualdır. Axı qanunvericilik fəaliyyəti bəzən daha yaradıcı yanaşma tələb edir. Bundan əlavə, ölkə əhalisinin parlamentdə "köhnə" yox, yeni kadrlar görmək istədikləri sirr deyil. Seçki məntəqələrinə gələn Azərbaycan vətəndaşları böyük həvəslə gənclərə səs verməyə hazır olacaqlar.
Üstəlik, parlament tərkibinin cavanlaşmasının daha bir müsbət cəhəti ondan ibarətdir ki, Milli Məclisdəki yeni simaları uğurlarına arxalanmaqdansa, özlərini ən yaxşı tərəfdən sübut etməyə çalışacaqlar. Bu, şübhəsiz ki, respublikanın qanunverici orqanının üzvlərinin iş keyfiyyətinə müsbət təsir göstərməlidir.
Bu gün həmişəkindən daha çox, ölkəmizin üzləşdiyi müxtəlif problemlərin həllinə yeni yanaşmaların tətbiqi məsələsi daha aktualdır. Sirr deyil ki, yenilənmə tələb edən bir çox ciddi qanunvericilik aktları əksər hallarda zamanın tələblərinə cavab vermir. Bu gün Azərbaycan artıq 90-cı illərin ortalarında olan dövlət deyil.
O zaman Azərbaycanda hakimiyyətə gələn Prezident Heydər Əliyevin rəhbərliyi ilə respublikada ictimai-siyasi sabitliyin və əlverişli iqtisadi vəziyyətin yaradılması üçün ciddi addımlar atılmışdı. Müvafiq qanunlar qəbul edilmişdi, lazımi dövlət aparatları yaradılmışdı.
Respublikada sabitliyin bərpası müxtəlif ölkələrin və beynəlxalq şirkətlərin ölkəmizə olan diqqətinin artmasına şərait yaratdı. Azərbaycana investisiya axını cəlb edildi. İlk dövlət proqramları başladıldı. İlk dövlət proqramlarına start verildi. Bütün bunlar respublikada həyatın müxtəlif sahələrində aparılan islahatlar sayəsində mümkün oldu. Ancaq necə deyərlər, zaman yerində dayanmır. Zaman keçdikcə yeni geosiyasi və geoiqtisadi reallıqlar, onlarla birlikdə isə müvafiq təhdid və təhlükələr meydana gəlir.  
Bu gün Azərbaycanın uğurlu inkişafını bundan sonra da davam etdirməsi üçün ötən illərin təcrübəsinə əsaslanan yeni bir yanaşma tətbiq etmək lazımdır. Demək ki, sosial, siyasi, iqtisadi, bank və mədəni sahələrdə islahatlar davam etməlidir. Bütün bunları isə müasir, müstəqil Azərbaycanın formalaşması illərində məktəb skamyası arxasında oturanlar həyata keçirməlidir.
Yuxarıda qeyd edildiyi kimi, yaşlı nəsli əvəz etmək üçün gələn gənc kadrlar uğurlu karyera qurmağı bacarmaları ilə kifayətlənməməlidir. Azərbaycanın ən aktual vəzifəsi hələ də ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması zərurəti, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi məsələsi olaraq qalmaqdadır.
Bu məqsədə yaxınlaşmaq üçün ölkə həyatının bütün sahələrinin uğurlu inkişafını təmin etmək, yalnız ölkənin hərbi qüdrətini artırmaq deyil, eyni zamanda, uşaqlarımız üçün məktəb və universitet təhsilinin daha müasir və müvafiq mexanizmlərini tətbiq etmək lazımdır. Buna görə də Milli Məclisin növbəti - altıncı çağırışının deputatları Azərbaycanın milli və dövlət maraqlarını təmin etmək üçün bütün bilik və bacarıqlarından istifadə etməlidilər.
Onlar ölkənin enerji infrastrukturunun fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul etməli olacaqlar. Heç kimə sirr deyil ki, əlverişli geostrateji mövqeyə malik Azərbaycan ərazisi müxtəlif malların, o cümlədən, enerji resursları və müdafiə təyinatlı məhsulların tranziti üçün istifadə olunur və bundan sonra da istifadə olunacaq.
Qoşulmama Hərəkatınına rəhbərlik edən Azərbaycan üçün parlamentlərarası müstəvidə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi xarici dilləri səlis bilən və elmin müxtəlif sahələrində biliklərə sahib olan xalqın seçdiyi insanların təmsil etməsi çox vacibdir. Gənc kadrlar qarşısında eyni zamanda Azərbaycanın bu gün yaşadığı post-neft dövründə iqtisadiyyatın qeyri-neft sektorunu da uğurla inkişaf etdirmək vəzifəsi dayanır.
Yuxarıda göstərilənlərin hamısı o deməkdir ki, parlamentdə müasir dünyagörüşü olan və Azərbaycanın milli maraqlarının təmin olunması naminə xidmət etməyə hazır olan yeni yüksəkixtisaslı kadrların meydana çıxmalıdır.
Belə bir şəraitdə bütün il deputat heyətinin yenilənməsini gözləmək yolverilməzdir. Axı heç kimə sirr deyil ki, "köhnəlmiş" kadrlar korpusu Prezident İlham Əliyevin müəyyənləşdirdiyi mütərəqqi tapşırıqların icrasını çatdırmayaraq, bir çox hallarda ölkədə aparılan islahatları ləngidir.
Rasim Babayev /oxu.az

Siyasi       Tarix: 29 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler qarabag maliyye xeberler bugun son xəbərlər azərbaycanda