Azərbaycanda dəhşət: Evə daxil olan kişi azyaşlı qızları

Lənkəran Ağır Cinayət Məhkəsimənin hökmü ilə Salyan rayonunun Qardili kənd sakini, 1996-cı il təvəllüdlü Amin Cəfərli (ad-soyad şərtidir) azyaşlılara qarşı törətdiyi ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilib.
KONKRET.az bildirir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (köməksiz vəziyyətdə olan azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri), 153.1-ci (mənzil toxunulmazlığının pozulması), 157.1-ci (azyaşlıya qarşı əxlaqsız hərəkətlər) və 180.1-ci (soyğunçuluq) maddələri ilə təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsə ayrı-ayrı maddələr üzrə müxtəlif cəzalar təyin olunub. Cinayətlərin məcmusu nəzərə alınaraq, qismən toplama yolu ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Hadisə 2025-ci il avqustun 7-də səhər saat 05:00 radələrində Salyan rayonunun Qardili kəndində baş verib.
İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs həmkəndlisi olan qadının evdən işə getməsindən sonra açıq qapıdan evə daxil olub və azyaşlı qızlara – 13 və 14 yaşlı bacılara qarşı seksual xarakterli cinayət əməlləri törədib.
Bununla yanaşı, evdən 1000 manat pulun oğurlandığı da müəyyən edilib. Aparılan tibbi ekspertiza nəticələrinə əsasən, azyaşlılara qarşı zorakılıq faktı təsdiqlənib, xəsarətlər yüngül dərəcəli kimi qiymətləndirilib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, azyaşlılara qarşı hərəkətləri inkar edib. Zərərçəkmiş qızlar və onların anası verdikləri ifadələrdə hadisəni təsdiqləyiblər. Şahid qismində dindirilən yaxın qohumların ifadələri də istintaq materialları ilə üst-üstə düşüb.
Məhkəmə toplanmış sübutları əsaslı hesab edərək ittiham hökmü çıxarıb.**BAKU.WS

Hadisə       Tarix: 29 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sitalçayda qatar minik avtomobili ilə toqquşdu - TƏFƏRRÜAT

Xızı rayonunun Sitalçay kəndində minik avtomobili qatarla toqquşub. -a istinadən xəbər verir ki, hadisə dəmiryol keçidində qeydə alınıb. Sürücü avtomobil yolu olmayan ərazidən dəmiryol xəttinin üzərindən keçmək istəyərkə

Nofəl İbrahimov vəfat etdi

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. unikalaz-a istinadən xəbər verir ki, mərhum Şəki Rayon Mərkəzi Xəstəxanasında çalışıb. N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü - FOTO 

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib. xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb. Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindək

Azərbaycanla sərhəddə partlayış… – Xəbərdarlıq edildi

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, "Berkaber" qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq. KONKRET.  -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafi

Azərbaycanlıların olduğu avtobus Rusiyada qəzaya düşdü - ölənlər və yaralananlar var 

Bakıdan Gürcüstana qatarla gedən, daha sonra avtobusla Moskva istiqamətində yola davam edən azərbaycanlılar Rusiyanın Stavropol diyarında ağır qəzaya düşüblər. Bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbər

Yeni doğulan qızı 15 bıçaq zərbəsi ilə öldürdülər - Bir ailə HAKİM QARŞISINDA

Böyük Britaniyanın Şeffild şəhər magistrat məhkəməsində yeni doğulan qız uşağının ölümü ilə bağlı dəhşətli təfərrüatlar açıqlanıb. Körpənin meyiti Uinkobank rayonunda yerləşən evin yardımçı tikilisində paltaryuyan maşını

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü

Rusiyanın paytaxtı Moskvanın mərkəzində LDPR (Rusiya Liberal Demokrat Partiyası) lideri Leonid Slutskinin lüks "Aurus" avtomobili motosikletlə toqquşub. -a istinadən xəbər verir ki, hadisə Novıy Arbatla Novinsk

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu


yeni xeberler son xeberler azerbaycan xeberleri hava proqnozu bu gunun xeberleri son xeber sou xeberler bugun