Azərbaycanda "delta" və "omikron" sürətlə yayılır - ÜST

Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionuna daxil olan altı ölkədə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Rusiya və Ukrayna) son iki həftədə COVID-19-a yeni yoluxma hallarının sayı iki dəfədən çox artıb.
KONKRET.az xəbər verir ki, ÜST-nin Avropa regionu üzrə direktoru Hans Klüge bununla bağlı xəbərdarlıq edib.
"İndi öz səmərəsini sübut etmiş tədbirləri ləğv etmək vaxtı deyil", – ÜST rəsmisi deyib.
Onun sözlərinə görə, COVID-19 ölümsaçan xəstəlikdir. Təkcə keçən həftə ərzində regionun 25 mindən çox sakini koronavirusa yoluxma nəticəsində vəfat edib. Səhiyyə sistemlərinin yükü artıb. Bunun əsas səbəbi odur ki, tibb işçiləri arasında da xəstələnmə halları artır. Ötən ilin sonunda tibbi heyət arasında xəstələnmə hallarının sayı 30 min olduğu halda, bir aydan sonra bu rəqəm 50 minə çatıb.
Doktor Klügenin fikrincə, xəstəliyin ağırlaşmasından və ölümdən qorunmanın ən yaxşı vasitəsi yenə vaksinasıyadır. Bu, hazırda yayılmaqda olan COVID-19 virusu variantlarının hamısına aiddir. Yüksək risk qrupuna daxil olan insanların çoxu hələ də müdafiə olunmayıb: Bosniya və Herseqovina, Bolqarıstan, Qırğızıstan, Özbəkistan və Ukraynada yaşı 60-dan yuxarı olan insanların COVID-19-a qarşı tam vaksinasiya kursu keçənlər 40 faizdən azıdır. Bolqarıstan, Gürcüstan və Şimali Makedoniya da tibb işçilərinin 40 faizdən azının COVID-19-a qarşı azı bir doza vaksin qəbul etdiyi ölkələr sırasına daxildir. Doktor Klüge deyib: "Mən ölkələrin hökumətlərini, səhiyyə orqanlarını və müvafiq tərəfdaşları vaksinlərə tələbatın azalmasına və yerli səviyyədə vaksinlərin əhali tərəfindən qəbul edilməməsinə gətirib çıxaran səbəbləri diqqətlə təhlil etməyə, yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla vaksinasiya səviyyəsini təcili artırmaq üçün müvafiq tədbirlər hazırlamağa çağırıram".
ÜST səhiyyə sistemlərinin elmi cəhətdən əsaslandırılmış müalicə metodlarının tətbiqinə hazırlığını təmin etməyə çağırır. Doktor Klüge deyib: "Eyni zamanda, bir daha bildirmək istəyirəm ki, ümidsizliyə qapılmaq lazım deyil". Bu nikbinlik bir neçə amil ilə bağlıdır: xəstəliyin keçirilməsi və vaksinləmə nəticəsində immunitetin artması; qış mövsümünün başa çatması, habelə vaksinasiya olunmuş şəxslər "omikron" ştamına yoluxduqda xəstəliyin nisbətən yüngül keçməsi.
Məlumat üçün bildirək ki, indiyə qədər Azərbaycanda 752.605 koronavirus infeksiyasına yoluxma və bu səbəbdən 9.105 ölüm faktı qeydə alınıb. Azərbaycanda tətbiq edilmiş vaksinlərin ümumi sayı 12.549.963, o cümlədən birinci mərhələdə vurulmuş vaksinlərin sayı 5.270.596, ikinci mərhələdə 4.766.430, "buster" dozalarının ümumi sayı 2.512.937-yə bərabərdir.

Sağlamlıq       Tarix: 18 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar hava proqnozu şou biznes xəbərləri azerbaycan son xeber bugun