Azərbaycanda ən gəlirli işlərin siyahısı - FOTO

Azərbaycanda ən gəlirli işlərin siyahısı - FOTOAzərbaycanda ən gəlirli işlərin siyahısı - FOTO
Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 326,3 manat, qeyri-neft-qaz sektorunda isə 651,2 manat təşkil edib. Bu nominal hesabla götürülən orta aylıq göstəricidir.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci il ərzində dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 631,1 manat, özəl müəssisələrdə isə 801,8 manat olub.
Ötən ilin yanvar-dekabr ayları ərzində mədənçıxarma sənayesində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əməkhaqqı 3 262,6 manat təşkil edib. Rəsmi qeydlərə əsasən, özəl müəssisələrdə bu məbləğ 4 291,3 min olduğu halda, dövlət müəssisələrində daha az, 1 638,2 manat təşkil edib.
İkinci gəlirli sahə isə maliyyə və sığorta fəaliyyəti sektoru olub. Bu sahədə fəaliyyət göstərən şəxslərin orta aylıq gəliri 1 719,6 manat təşkil edib. Dövlət işində əməkhaqqı 1 722,6 manat, özəl müəssisələrdə isə 1 718,8 manat olub.
Digər gəlirli sektor peşə, elmi və texniki fəaliyyət sahəsi olub. Burada fəaliyyət göstərənlərin orta hesabla aylıq nominal gəliri 1 188,1 manat olub. Özəl sektorda çalışanlar 1 888,5 manat gəlir əldə edərkən, dövlət sektorunda çalışanlar isə orta hesabla 695,5 manat gəlir əldə edib.
Növbəti gəlirli sahə isə informasiya və rabitə sahəsidir. Bu sahədə çalışanların orta aylıq nominal gəliri 1 072 manatdır. Dövlət müəssisələrində orta aylıq nominal gəlir 829,2 manat olduğu halda özəl müəssisələrdə əməkhaqqı 1 365,6 manat olub.
Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 956,5 manat olub. Dövlət müəssisələrində əməkhaqqı özəl sektora nisbətən üç dəfə çox, yəni, 990,7 manat ikən, özəl sektorda 313,7 manat təşkil edib.
Eləcə də, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda fəaliyyət göstərənlər orta hesabla 535,6 manat əməkhaqqı alıb. Dövlət sektorunda maaş özəl sektora nisbətən iki dəfədən çox, yəni, 1 145 manat təşkil etdiyi halda, özəl müəssisələrdə 513,1 manat təşkil edib.
Digər sektorlarda çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi təsnif olunub:
Azərbaycanda ən gəlirli işlərin siyahısı - FOTO

Sosial       Tarix: 19 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari axsam az xeberler xeber.az bu gun futbol xeberleri