Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb - RƏSMİ
Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb - RƏSMİ
Ötən il hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev "Respublika" qəzetində çap olunan məqaləsində qeyd edib.
F.Əliyev bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə hərbi xidmət əleyhinə olan cinayətlər 6,8 faiz azalıb.
O qeyd edib ki, 2018-ci illə müqayisədə ötən ildə qeydə alınmış cinayətlər ümumilikdə 2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 6,8 faiz, az ağır cinayətlər 10,9 faiz, xüsusilə ağır cinayətlər isə 44,4 faiz azalıb:
"Ötən il qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin - özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq cinayətlərinin, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin, həmçinin hakimiyyətdən sui-istifadə etmə, qulluğa səhlənkar yanaşma və digər cinayətlərin dinamikasında da əvvəlki illə müqayisədə azalma müşahidə olunub.
Xüsusi vurğulanmalıdır ki, hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb". /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb