Azərbaycanda ilk dəfə olaraq buraxılış işlərinin onlayn müdafiəsinə başlanıldı
Azərbaycanda ilk dəfə olaraq buraxılış işlərinin onlayn müdafiəsinə başlanıldı
Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) buraxılış işlərinin onlayn müdafiəsinə start verilib.
Ali Məktəbin beşinci kurs tələbələri buraxılış işlərini, magistrantlar isə dissertasiya işlərini onlayn şəkildə müdafiə edirlər. Müdafiə prosesi "MS Teams" onlayn platforması üzərindən canlı formada Yekun Dövlət Attestasiya və İxtisaslaşdırılmış Elmi Şuranın üzvlərinin iştirakı ilə təşkil olunub.
2019/2020-ci təhsil ilində tədris planlarının bütün şərtlərini yerinə yetirmiş və tədris olunan bütün fənlər üzrə attestasiyalardan müvəffəqiyyətlə keçmiş "Neft-qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisaslarının tələbələrinin buraxılış işlərinin müdafiəsi davam edir.
Eyni zamanda, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının "Texniki sistemlərdə informatika və idarəetmə" ixtisaslaşması üzrə təhsil alan ikinci kurs magistratura tələbələri də dissertasiya işlərini onlayn formada müdafiə edirlər.
Sonda tələbələr professor-müəllim heyətinin suallarını cavablandırırlar.
Qeyd edək ki, tələbələr dissertasiya işlərinin hazırlanması yönündə uzun müddət elmi rəhbərləri ilə birgə işləyiblər. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb