Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJ

Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJ
Dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi əsasında "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa olunan ilk tankerin istismara verilmə mərasimi keçirilib.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJASCO-dan Oxu.Az-a verilən məlumata görə, özünəməxsusluğu ilə seçilən "Laçın" adlı tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJGəminin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan altı yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd "Wartsila" istehsalı mühərriklə təchiz edilib.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJ"Laçın" gəmisinin kapitanı Elmar Səlimov bildirib ki, tanker nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin, Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə daşınmaları təmin edəcək.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJAzərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJ"Gəmi Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Avropa limanlarında üzəcək. Hazırda gəminin səfərə çıxması ilə bağlı işlər görülür. Vaxt və gəminin ilk gedəcəyi yer bəlli deyil".
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJ"Laçın" tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin, Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJHazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi əsasında bu tip daha üç tankerin tikintisi aparılır.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJTəkcə son altı ildə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ASCO tərəfindən 20 gəmi alınıb.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədi ilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı Gəmiqayırma Zavodunun imkanlarından geniş istifadə edir.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJBu gəmilərin tikintisinin 70 faizi ASCO-nun mənfəəti, digər 30 faizi isə dövlət investisiyası hesabına maliyyələşir.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJİndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə bir liman-yedək və üç sərnişin gəmisi tikilərək təhvil verilib.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJBundan əlavə, 2016-cı ilin sonunda vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan iki ədəd Ro-Pax/Bərə tipli gəmilərin və maye yüklərin daşınmasını təmin edən iki ədəd tankerin inşası üzrə ASCO ilə Zavod arasında müqavilə imzalanıb.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJBakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənov deyir ki, hazırda zavodda 1390 nəfər yerli, 200-ə yaxın isə podratçı şirkətlərin işçiləri çalışır:
"Demək olar ki, işçilərin 100 faizi yerli işçilərdir. Əcnəbi mütəxəssislər işçi qüvvəsinin təxminən 5 faizini təşkil edir. Bildirim ki, bir tankerin hazırlanması üçün 14 milyon ABŞ dolları, "Ro-Pax" tipli gəmi-bərənin hazırlanmasına isə 41 milyon ABŞ dolları xərclənir.
Gələcəkdə istehsal edilən gəmilərin xarici ölkələrə satılması məsələsi də müzakirə edilə bilər. Bu gün yeni zavodlarda bir gəminin ərsəyə gətirilməsi üçün ilkin olaraq xərclər nəzərdə tutulur, müqavilələr imzalanır".
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJ2019-cu ilin fevralında daha iki ədəd eyni tipli tankerin tikintisi üzrə ASCO tərəfindən Bakı Gəmiqayırma Zavodunda sifariş yerləşdirilib.
Azərbaycanda inşa olunan ilk tanker - FOTOREPORTAJBununla belə, ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar aparılır.

Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

Könül Cəfərli 
FOTO: Ramil Zeynalov

Sosial       Tarix: 16 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər bugün 2026 xankendi xeber.az son xeberler beynelxalq bank mezenne