Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı

Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldıAzərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradılıb.
Bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" Çağrı mərkəzinin iki yeni xidməti - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.
Psixoloji dəstək xətti üç istiqamətdə fəaliyyət göstərəcək:
- Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, böhran anında onlayn qısa terapiya xidməti);
- İctimaiyyət üçün psixoloji dəstək;
- Xəstələr üçün psixoloji dəstək.
Bildirilib ki, hazırda ölkədə xüsusi karantin rejiminin elan olunduğunu nəzərə alaraq, əhaliyə ehtiyac olmadıqca evdən çıxmamaq tövsiyə olunub. Ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısını almaq və karantin dövründə tətbiq edilən məhdudiyyətlərə əməl etmək məqsədilə vətəndaşların evdən çıxmadan lazımi poliklinika xidmətləri almaları poliklinik xidmətlərlə bağlı dəstək xətti vasitəsilə mümkündür.
Belə ki, vətəndaşlar səhhətlərində yaranan narahatlığın səbəbi barədə məlumat almaq üçün Agentliyin "1542" Çağrı mərkəzinin poliklinik xidmətlərlə bağlı dəstək xəttinə zəng edə bilərlər. Zəng edən şəxslərin müraciətləri həkim-məsləhətçilər tərəfindən cavablandırılacaq. Müraciətçi ilə söhbət zamanı ehtiyac olarsa, həkim-məsləhətçi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və ya onun müalicə həkiminə müraciət etməyi tövsiyə edə bilər.
Xatırladaq ki, Agentliyin Çağrı mərkəzi vasitəsilə koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığorta haqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat almaq da mümkündür.
Vətəndaşlar Çağrı mərkəzinə stasionar və mobil telefonlardan "1542" nömrəsini yığmaqla zəng edə bilərlər.
Vətəndaşlar Çağrı mərkəzinə müraciət etdikdə:
- koronavirus epidemiyası ilə bağlı məlumat almaq üçün - 1542-0
- icbari tibbi sığorta və digər məsələlərlə bağlı məlumat almaq üçün - 1542-1
- psixoloji dəstək üçün - 1542-2
- poliklinik xidmətlərlə bağlı dəstək üçün isə 1542-3 düymələrini seçməlidirlər.
Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti yeddi gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Agentlik tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, qurumun səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə "1542" Çağrı mərkəzi fevral ayından etibarən fəaliyyət göstərir.

Sosial       Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler azerbaycan krminal bu gun en son xəbərlər bugün