Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?

Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?Son günlər bazarlarda və marketlərdə limonun qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Hazırda bəzi satış məntəqələrində limonun bir kiloqramı 6-7 manata təklif edilir, iri market şəbəkələrinin bəzilərində isə qiymət bundan da yüksəkdir.
İqtisadçı Asif İbrahimov azxeber.com-a açıqlamasında deyib ki, limonun 6-7 manata satılması, təkcə mövsümi amillərlə bağlı məsələ deyil:
"Limonun 6-7 manata satılması, təkcə mövsümi amillərlə bağlı məsələ deyil. Burada logistika, idxal və digər əlavə xərclər də nəzərə alınmalıdır. Ölkədə limona olan tələbat tam şəkildə daxili istehsal hesabına ödənilmir. Buna görə də idxala ehtiyac yaranır. İdxal zamanı isə əlavə problemlər meydana çıxır. Məsələn, idxalçı gömrük bəyannaməsində məhsulu 60 sentə aldığını göstərsə belə, bəzi hallarda gömrükdə onun dəyəri şərti olaraq 1 manat 10 sent kimi müəyyən edilir. Yəni məhsulun gömrük dəyəri faktiki alış qiymətindən fərqli hesablanır. Nəticədə idxal xərcləri artır və bu da son satış qiymətinə təsir göstərir. Dövlət Gömrük Komitəsində məhsulların gömrük dəyərini müəyyən edən mexanizm mövcuddur. Halbuki bazarda qiymətləri inzibati qaydada deyil, tələb və təklif müəyyən etməlidir.  Bu gün limonun qiymətinin 6-7 manata çatması göstərir ki, inflyasiyanın bir hissəsini özümüz yaradırıq". 
O qeyd edib ki, digər əsas problem isə Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı modelindədir: 
"Digər əsas problem isə Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı modelidir. İllərdir aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayrılır, subsidiyalar verilir, güzəştli kreditlər təqdim olunur. Buna baxmayaraq, bazarda ən sadə kənd təsərrüfatı məhsullarından biri olan limonun qiyməti 6-7 manata yüksəlirsə, bu artıq təkcə bazarın deyil, mövcud aqrar modelin də problemi kimi qiymətləndirilməlidir. Son müşavirədə də ölkə başçısı kənd təsərrüfatı sahəsində müəyyən nöqsanlara dolayı yolla toxundu. Verilən mesaj ondan ibarət idi ki, bu qədər dövlət vəsaiti ayrıldığı halda aqrar siyasətin icrasında ciddi problemlər mövcuddur. Məncə, bu sahədə KPI (əsas fəaliyyət göstəriciləri) sistemi tətbiq edilməlidir. Ümumiyyətlə, dövlət idarəçiliyinin bütün sahələrində fəaliyyət nəticələri ölçülməli, üzərinə düşən vəzifəni yerinə yetirməyən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Necə ki, əməkhaqqı, mükafat və bonus sistemi mövcuddur, eyni qaydada məsuliyyət və cəza mexanizmi də işləməlidir.
Azərbaycanda limonun qiyməti bahalaşdı - Səbəb nədir?Ölkə başçısı İlham Əliyevin irəli sürdüyü ideyalar, konsepsiyalar və həyata keçirilən siyasət müasir dünya təcrübəsinə uyğun istiqamətlərdir. Tapşırıqlar da ümumilikdə düzgündür. Lakin əsas problem icra mərhələsində ortaya çıxır.
Əgər bazar hansısa məhsul üzrə tamamilə idxaldan asılı vəziyyətə düşürsə, logistika problemləri, valyuta məzənnəsindəki dəyişikliklər və xarici bazarlardakı qiymət artımı birbaşa Azərbaycan istehlakçısının cibinə təsir edəcək".
"Digər tərəfdən, topdansatış və pərakəndə satış qiymətləri arasında böyük fərqin yaranması tədarük zəncirində rəqabətin zəif olduğunu göstərir.  Əgər kənd təsərrüfatına ayrılan dövlət dəstəyi bazarda qiymət sabitliyi yaratmırsa, istehlakçı ən sadə məhsulu belə yüksək qiymətə almağa məcbur qalırsa, subsidiyaların və aqrar siyasətin səmərəliliyi yenidən qiymətləndirilməlidir. Yəni limonun qiymətinin bahalaşması təkcə bir məhsulun bahalaşması demək deyil. Bu, daxili istehsalın rəqabət qabiliyyəti, ərzaq təhlükəsizliyi, idxaldan asılılıq və aqrar siyasətin effektivliyini göstərən mühüm iqtisadi indikatorlardan biridir",-deyə iqtisadçı bildirib.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 04 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

"Azeri Light"ın qiyməti 120 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.  Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 dollar və ya 0,4% artaraq 120,02 ABŞ dolları olub. Qeyd edək ki, ötən gün neftimiz 119,5

Onların maaşı arta bilər

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurla

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafına əlavə dəstək göstərmək məqsədilə "FAİZSİZ 100 GÜN" adlı mikro v

Azərbaycanda maaş artdı

2026-cı ilin yanvar - avqust ayları üzrə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. Sözügedə

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

Qlobal neft bazarı yeni təklif şoku ilə üzləşərsə, qiymətləri 180–200 dollar/barel səviyyəsinə yüksəlməsi artıq yalnız nəzəri ssenari deyil. Geosiyasi risklər, strateji ehtiyatların azalması və məhdud hasilat imkanları bazarı

6500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakirİbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzarsəfəri çərçivəsində "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimovil

AccessBank tenderin vaxtını uzatdı

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkdə maraqlı ola

Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız

Müştərilərinə daima sərfəli kredit təklifləri yaradan Bank of Baku bu dəfə 20 Sentyabr – Neftçilər Günü münasibətilə xüsusi kredit kampaniyasına start verib. . xəbər verir ki, Bank of Baku indi Azərbaycan Dövlət Neft Şirkət


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan az xeber kriminal xeberler ensonxeberler