"Azərbaycanda ölüm hökmü ləğv olunub, amma..." - Deputat

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında xatırladıb ki, dünən Xəzər rayonunda 3 polis əməkdaşı axtarışda olan cinayətkar tərəfindən qətlə yetirilib.
Həyatını itirən polislərimizin ailəsinə dərin hüznlə başsağlığı verən, şəhid polislərə Allahdan rəhmət diləyən C.Məmmədov bu hadisə ətrafında fikirlərini açıqlayıb:
"Hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyətə malikdir. Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib. Heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır".
Deputat qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak edib:
"Azərbaycan müstəqilliyini əldə edən ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir. Eyni zamanda düşünürəm ki, əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var".
Ceyhun Məmmədov sonda bir məqama da diqqət çəkib:
"İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur".
///Musavat.com / azxeber.com

Siyasi       Tarix: 25 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbər sou biznes beynelxalq bank mezenne xeberler bugun