Azərbaycanda payızlıq əkin şumlanmasına başlandı
Azərbaycanda payızlıq əkin sahələrinin şumlanması həyata keçirilir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 61 rayon üzrə ümumilikdə 565 min 577 hektar sahədə şumlanma həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 715 hektar çoxdur. Belə ki, 2019-cu ildə 557 min 862 hektar sahədə şum aparılıb. Bu il ümumilikdə 1 118 346 hektar sahədə şum aparılması proqnozlaşdırılır. Bu il şumlanan əkin sahələri respublikada mövcud olan sahələrin 50,6 faizini təşkil edir.
Qeyd edək ki, "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti hər zaman fermerlərimizin yanında olaraq, onların şum, əkin və biçin zamanı texnika ilə təmin olunmasında yaxından iştirak edir. Cari ildə həyata keçirilən şum prosesi zamanı fermerlərimiz 2127 şum traktoru ilə təmin olunub ki, bunun 351 ədədi rayon bölmələri tərəfindən cəlb olunan texnikalar təşkil edir. Şum prosesində əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub. Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonları üzrə təşkil edib.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar