Azərbaycanda polis yol qəzasında öldü - digəri ağır yaralandı - FOTO
Oğuzda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb, daha bir polis əməkdaşı isə ağır xəsarət alıb.
Azxeber.com APA-ya istinadən bildirir ki, hadisə gecə saat 03 radələrində Oğuz şəhər ərazisində baş verib.
Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Fərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yol kənarındakı ağaca vurub.
Qəza zamanı sürücü Ş. Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Şəki RMX-da İ. Səfərova ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza zamanı ölən və yaralanan şəxslər polis əməkdaşıdır.


Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR