Azərbaycanda qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə minimum məbləğ müəyyənləşdirilib
Nazirlər Kabineti qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblərin müəyyən edilməsi haqqında qərar qəbul edib.
azxeber.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, qiymətləndirmə fəaliyyəti həyata keçirilərkən qiymətləndiricinin etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik halları əsasında onun fəaliyyəti üzrə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla müəyyən edilmiş tələblərin, habelə qiymətləndirmə haqqında müqavilə şərtlərinin pozulması
nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəymiş zərərin ödənilməsi qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına dair minimum tələbdir.
Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi 200 min manat müəyyən edilib.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar