Azərbaycanda satılan bu dərman xərçəng şişi yaradır

Azərbaycanda satılan bu dərman xərçəng şişi yaradır"Ümumiyyətlə, bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın tətbiqini birinci Ümumdünya Səhiyyə Təşkilatı qadağan etməlidir".
KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Böyük Britaniyanın "Glaxo" şirkətinin istehsalı olan və mədə yarası xəstəliklərində istifadə edilən "Zantac" dərmanının tərkibində kanserogen olması və bunu bilə-bilə bu haqda heç bir məlumat verməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Professorun sözlərinə görə, yalnız bundan sonra sözügedən məsələnin hüquqi tərəflərinə baxıla bilər.
Adil Qeybulla bildirib ki, 2019-cu ildə preparatın xərcəng şişi törətməsi ilə bağlı məlumatlar yayılandan sonra artıq həyacan təbili çalınmağa başlayıb:
"Bunlar mədədə, qaraciyərdə, prostat vəzidə xərçəng şişi xəstəlikləri yarada bilir. Əgər dərmanın tərkibində kanserogen maddə olduğunu bilib və gizlədiblərsə, buna görə şirkət mütləq məsuliyyət daşımalıdır. Yox, bununla bağlı heç bir məlumat olmayıbsa və sonradan ortaya çıxıbsa, burada hüquqi məsuliyyət artıq başqa çür dəyərləndirilə bilər. Zamanla bu cür preparatlar olur".
Adiq Qeybulla "Ranitidin"in kimyəvi denevrator, yəni, mədəyə gələn azan sinir şaxələrini blok edən bir dərman olduğunu vurğulayıb:
"Onun bir analoqu da "Simetidin", "Famotidin"dir. Bu preparatlar mədə xorasının müalicəsində, hiperasit qastridlərdə, ümumiyyətlə, aşırı turşuluqdan baş verən mədə patalogiyalarında istifadə olunan qiymətli dərman preparatı idi. Bu təsirə görə bütün həkimlər ondan uğurla istifadə edirdilər. Ondan sonra "Proton" pombasın blakatorları tətbiq edilməyə başladı və nəticədə bu dərmanların tətbiqi azaldı. Amma bu gün də praktikada həmin dərmanların tətbiqi var".
"Zantac" mədə turşusu istehsalını azaldan bir dərmandır. Ümumiyyətlə, mədə xorası və GERD xəstəliyini müalicə etmək üçün qəbul edilir. 13 sentyabr 2019-cu il tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) bəyanat yayaraq, "Zantac" da daxil olmaqla bəzi ranitidin dərmanlarında N-nitrosodimethylamine (NDMA) adında bir nitrosamin safsızlığının olduğunu elan edərək dərman mağazalarında bütün ranitidin məhsullarının satışını dayandırıb. 1 aprel 2020-ci ildə FDA dərman istehsalçılarından ranitidinin bütün növlərini ABŞ bazarından çıxarmasını istəyib.
"Bəs, istifadəsi qadağan olunun bu dərman preparatı Azərbaycanda da istifadə olunubmu? Ümumiyyətlə, bu dərmanlar hazırda Azərbaycanda satışda varmı", sualına Adil Qeybullanın cavabı "bəli" olub.
Xatırladaq ki, bu dərmanın Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri siyahısında qiyməti belədir: ZANTAK RANITIDINE 150 mq Tablet Blister N20, Çin istehsalı 6,95, ZANTAK RANITIDINE 25 mq/ml İnyeksiya üçün məhlul, Ampul 2 ml N5, İtaliya istehsalı 6,45.
Qeyd edək ki, "Blumberq"in məlumatına görə, mədə xorası və yanmasına qarşı olan "Zantac" dərmanını istehsal edən Britaniya şirkəti "Glaxo" dərmanın kanserogen olduğunu bildiyi halda bu barədə məlumat verməyib və bazardan çıxarmayıb. Dərmanı qəbul edərkən xərçəng riskinin artması haqda məlumat yalnız 2019-cu ildən geniş yayılmağa başlayıb.

Sağlamlıq       Tarix: 17 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 cebheden xeberler kriminal enson xeberler