Azərbaycanda siqaret niyə bahalaşdı? - Ekspert səbəbi açıqladı

Azərbaycanda siqaret niyə bahalaşdı? - Ekspert səbəbi açıqladıXəbər verdiyimiz kimi, Azərbaycanda siqaretlərin qiyməti qalxıb. Bir çox siqaretlərin blok qiyməti artıb. Blok qiymətinin yüksəlməsinin siqaretlərin pərakəndə satış qiymətində də 30-40 qəpik arası artıma səbəb olacağı gözlənilir. 
İqtisadçı-ekspert Razi Abbasbəyli azxeber.com-a bildirib ki, sözügedən artım aksiz vergisi ilə bağlıdır:
"Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiymətlərinin bahalaşmasının əsas səbəbi yanvar ayının 1-dən vergi məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsidir. Belə ki, yeni vergi məcəlləsinə əsasən ölkəyə idxal edilən hazır istehsal olunmuş hər min ədəd siqaret üçün nəzərdə tutulan aksiz vergisi 16 manatdan 25 manat 50 qəpiyə qədər artırılıb. Nəticədə idxal xərclərinin və maya dəyərinin yüksəlməsi siqaretlərin qiymətlərinin bahalaşmasına səbəb olub".
Azərbaycanda siqaret niyə bahalaşdı? - Ekspert səbəbi açıqladıEkspert qeyd edib ki, Azərbaycan xarici ölkələrdən istehsal olunmamış tütün məhsullarını xammal şəklində idxal edir:
"Azərbaycan xarici ölkələrdən istehsal olunmamış tütün məhsullarını xammal şəklində idxal edir və ölkə daxilində qablaşdırma prosesi həyata keçirilir. Lakin bu, ümumi bazarın cəmi 35 faizini təşkil edir. Qalan 65 faiz məhsul isə hazır siqaret şəklində idxal olunur ki, qiymət artımı da əsasən məhz bu kateqoriyaya aid məhsullarda müşahidə edilir. Hökumət eyni zamanda ölkədə tütünçülüyün inkişaf etdirilməsi məqsədilə idxalda aksiz vergilərini artırmaqla daxili bazarda rəqabət imkanlarını qorumağa və yerli istehsalı stimullaşdırmağa çalışır. Bu addımlar dövlət proqramının tərkib hissəsi və strateji istiqamətlərindən biri kimi qiymətləndirilir".
R. Abbasbəyli deyib ki, Azərbaycanda tütün məmulatlarının tədarükü ilə bağlı vəziyyət qənaətbəxş deyil:
"Son illərdə tütün əkilən sahələrin həcmi azalıb, eyni zamanda tədarük göstəriciləri də aşağı düşüb. Dövlət proqramında nəzərdə tutulan hədəflərə təxminən 35–40 faiz səviyyəsində nail olunub. 2024-cü ildə 2023-cü illə müqayisədə tütün əkilən sahələr bir dəfədən çox azalıb. Eyni zamanda tədarük edilən tütün məhsullarının həcmi təxminən 70 min ton azalıb. Dövlət proqramında müəyyən edilmiş hədəflərə çatılmaması nəticəsində idxaldan asılılıq artıb. Xarici valyuta ilə bağlı idxal təzyiqləri də nəzərə alındıqda, qiymətlərin bahalaşması qaçılmaz olub və bu prosesin davam edəcəyi gözlənilir. Bazarda süni və psixoloji təsirlər nəticəsində yaxın dövrdə əlavə olaraq 5–10 faiz həcmində növbəti qiymət artımının baş verə biləcəyi istisna edilmir".
Azərbaycanda siqaret niyə bahalaşdı? - Ekspert səbəbi açıqladıİqtisadçı Xalid Kərimli isə bildirib ki, kəskin qiymət artımı müşahidə edilmir:
"Aksiz vergisi ilə bağlı müəyyən artımlar baş verir. Amma kəskin artımlar yoxdur. Siqaret asılılıq yaratdığı üçün məhdud qiymət artımları alıcı davranışlarına ciddi təsir göstərmir. Hökumət isə vergiləri artırmaqla siqaret çəkən şəxslərin büdcəyə daha çox ödəniş etməsini təmin etməyə çalışır". 
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 06 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu