Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar' - Hicran Hüseynova

Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar' - Hicran HüseynovaXəbər verdiyimiz kimi, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.
Ölkədə doğulan körpələrin sayının azalması ilə bağlı azxeber.com-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri  Hicran Hüseynova demoqrafik vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar deyə bildirib:
"Müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Demoqrafik vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar. Ancaq bu müxtəlif ölkələrdə  fərqli şəkildə özünü göstərir. Məsələn, Hindistan əhalinin artım sürətinə görə dünyada birinci, ümumi əhalinin sayına görə isə ikinci ölkədir. Ölkədə hər il 13,7 milyon nəfərlik sürətli əhali artımı müşahidə olunur. Pakistan 5,2 milyon insan artımı ilə ikinci yerdədir. Reytinqdə üçüncü yerdə 200 milyondan çox əhalisi olan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Nigeriya qərarlaşıb. Lakin bununla yanaşı, Çin mənfi 2,8 milyon nəfərlə dünyada ən çox əhali itkisinə malikdir. Əhali itkisi mənfi 774,5 min nəfər olan Yaponiya da əhalinin qocalması problemi ilə üzləşib. Rusiya ildə mənfi 497,6 min nəfər itki ilə dünyada üçüncü yerdədir. Dördüncü yerdə Almaniya mənfi 314,9 min nəfər azalma göstərir ki, bu da ilk növbədə əhalidə yaşlıların xüsusi çəkisinin artması və doğum səviyyəsinin azalması ilə bağlıdır. Yüksək iqtisadi gücünə baxmayaraq, ölkə işçi çatışmazlığından əziyyət çəkir. Əhalinin sayına görə növbəti autsayderlər bunlardır: İtaliya (-278,8 min nəfər), İspaniya (-110,6 min nəfər), Cənubi Koreya (-109,1 min nəfər), Polşa (-94,4 min nəfər) və Rumıniya (-73,5 min nəfər)".
Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar: 
"Azərbaycanda ümumi nəsilvermə əmsalı 1970-ci ildə  4,7, 1980-cı ildə 3,3, 1990-cı ildə 2,8, 2010-cu ildə 2.3, 2020-ci ildə 1.7, 2023-cü ildə isə 1.6 olmuşdur. Və əlbəttə ki, təbii artımda da biz dinamikanın azalmasını müşahidə edirik. Doğrudur, Azərbaycanda hələ ki, vəziyyət təhlükəli deyil. Ancaq gələcəkdə demoqrafik parametrlərdə mənfiyə doğru dəyişikliyin qarşısını almaq üçün tədbirlər görülməlidir".
"Bir çox nüfuzlu tədqiqatçıları belə bir fikri təsdiqləyirlər ki, bəşəriyyət 21-ci əsrdə heyrətamiz sosial dəyişikliklərlə üz-üzədir. Belə ki, dünyanın bəzi ölkələrində doğulan uşaqların sayının planlaşdırırlması ilə bağlı ciddi tədbirlər görüləcək, eyni zamanda, dünyanın əksər hissəsi iqtisadi artım, azalan işçi qüvvəsi və təbii artımın  azalması səbəbindən qocalma ilə bağlı ciddi problemlərlə üzləşəcəkdir" deyən Hicran Hüseynova sözlərinə belə davam edib:
"Təbii artımın  dinamikası ilə bağlı araşdırma göstərib ki, 2100-cü ilə qədər ölkələrin 97%-i demoqrafik böhranla üzləşəcək. Eyni zamanda, aşağı gəlirli regionlarda doğum səviyyəsi demək olar ki, iki dəfə artacaq. Aparılan təhlillərə görə təbii artım bir sıra amillərdən asılıdır: insanların həyat tərzi(şəhər və ya kənd), sağlamlıq, o cümlədən, reproduktiv sağlamlıq, qidalanma səviyyəsi (xüsusilə ekoloji təmiz qıdalanma),  əmək və məişət şəraiti; stereotiplər; əhalinin strukturu ( cins, yaş, nikah, ölüm); müharibələr,  epidemiyalar, ekoloji problemlər və s. Və bir məsələni də qeyd etmək lazımdır ki, tarix boyu ailədə ideal uşaq sayı ilə bağlı fikirlər dəyişimişdir.
Məsələn, sosioloqlar və demoqraflar   bildirirlər ki, ailədə 3 və daha çox uşaq olmalıdır.  Lakin 20-ci əsrin ikinci yarısından başlayaraq çoxuşaqlı ailələri " Nuklear ailə " adlandırılan ailə - 1-2 uşaqlı evli cütlük əvəz etdi. Harmonik ailə mühitində uşaqların optimal sayını təyin edərkən hər bir ailə üzvünün fiziki, emosional və sosial rifahına təsir edən bir sıra amillər nəzərə alınmalıdır. Uşaqların ehtiyacları və onların tərbiyəsi şərtləri, eləcə də bütün uşaqlar arasında valideyn diqqət və qayğısının balanslaşdırılmış bölgüsü əsasən ailənin resurslarından və statusundan asılıdır. Lakin nəzərə almaq lazımdır ki, burada universal formula yoxdur və hər bir vəziyyət fərdi yanaşma tələb edir.
Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə xüsusi diqqət yetirir: "Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir". Ümumi sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət hazırda ölkəmizdə də xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyev tərəfindən demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə İnkişaf Konsepsiyaları, Dövlət Proqramı, Fəaliyyət Planları təsdiq edilmişdir. Qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir.  Bütün bunlar əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri tədbirləri özündə əks etdirir. Həmçinin, Azərbaycan Respublikasının Birinci Vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı və diqqəti xüsusi olaraq qeyd etmək lazımdır. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir".
Günel Hüseynli

Siyasi     Baxılıb: 134   Tarix: 18 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Dövlət başçısı Norveçin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib. /

"Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək

Birinci vitse-prezident Mehriban Əliyeva  2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı instaqram hesabında paylaşım edib. həmin paylaşımı təqdim edir:

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" təlimini izlədi - FOTOLAR

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabid

Şahbaz Şərif: İlham Əliyev Qafqazda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır

Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir.  xəbər verir ki, bunu Pakistanı

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. xəbər verir ki, Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlha

İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib

İran Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı oxşar tədbirin cavabı olaraq terror təşkilatlarının siyahısına daxil edib. "Report"a istinadən xəbər veri

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr baş tutub

Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.  xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Nümayəndə heyətinə Azərbayca

Hindistanın yeni səfiri Azərbaycana gəldi

Hindistanın yeni təyin olunmuş səfiri Abhay Kumar Azərbaycana gəlib. Diplomat artıq vəzifəsinin icrasına başlayıb. /

Ərdoğan Əliyev və Paşinyanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülmələri münasibətilə təbrik edib. xəbər verir ki


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumat qarabag xeber az enson xeberler