Azərbaycanda təşviq institutları və fondlarının fəaliyyətini əlaqələndirən Koordinasiya Şurası yaradılacaq
Azərbaycanda sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstəkləyən və dövlət tərəfindən yaradılmış bütün maliyyə və təşviq institutları və fondlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması nəzərdə tutulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Planda həmçinin dövlətin yaratdığı maliyyə-təşviq institutlarının və fondlarının fəaliyyəti sahəsində aşağıdakı istiqamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qeyd olunub:
- İqtisadiyyat Nazilriyi yanında Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi, o cümlədən daşınar əmlakın girovu əsasında kreditlərin verilməsi, zəruri tibbi ləvazimat və avadanlıqların istehsalçılarına güzəştli kreditlərin ayrılması, uzunmüddətli investisiya tələb edən sahələr üzrə kiçik və orta həcmli kreditlər üçün kredit müddətinin artırılması;
- İpoteka və Kredit Zəmanət Fondunun kredit faizlərini subsidiyalaşdırması və kredit zəmanəti alətlərini təkmilləşdirməsi, o cümlədən bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddinin artırılması, zəmanət üzrə xidmət haqlarının, müvafiq cərimələrin və digər məhdudiyyətlərin ləğv edilməsi, faiz subsidiyası verilən kreditlərin illik faiz dərəcəsinin azaldılması, zəmanət ödənişlərinə həddin artırılması və zəmanətlərə tətbiq olunan komissiyaların azaldılması.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar