Azərbaycanda Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb

Azərbaycanda Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıbAzərbaycan Turizm Assosiasiyasının tərkibində ölkədə ilk dəfə Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, komitə turistlərin üzləşdiyi problemlərin həllində onlara yaxından kömək edəcək.
Quruma rəhbərlik turizm üzrə ekspert Rəhman Quliyevə həvalə olunub.
"Turizm sahəsində qarşılaşdıgımız problemlər, turistlərin üzləşdiyi çətinliklər bir çox hallarda həll edilmirdi. Yeni yaradılan Turistlərin Hüquqlarının Müdafiəsi Komtəsi turizm şirkətlərinin mənəvi yükünü azaldacaq, eyni zamanda turistlərin suallarını cavablandıracaq, qeyri-kommersiya qurumu kimi hüquqi yardım göstərəcək. Əsas məqsədimiz turistlərlə turizm şirkətləri arasındakı uçurumu, inamsızlığı aradan qaldırmaqdır", - deyə R.Quliyev qeyd edib.
Onun sözlərinə görə, turistlərin problemlərinin çevik şəkildə həlli üçün Komitəyə hüquqşunaslar cəlb ediləcək: "Xüsusilə pandemiya dövründə turistlər aviabiletlərin geri qaytarılması, turpaketlərin ləğvi, hotellərdə yerləşdirmə kimi bir sıra problemlərlə qarşılaşdılar. Bu problemlərin həll edilməsi vacib məsələdir. Elə bizim də əsas məqsədimiz odur ki, həmin problemlərin həllində turistlərə yaxından köməklik edək. Həmçinin Komitə mütəmadi olaraq yeni çıxan qərarları, təlimatları incələyəcək, turistləri dərhal məlumatlandıracaq".
Yaxın vaxtlarda Turistlərin Hüquqlarının Mudafiəsi Komitəsinin internet səhifəsi və "qaynar xətt"i istifadəyə veriləcək. Səyahət zamanı hər hansı bir problemlə üzləşən turistlər Komitəyə müraciət edə biləcəklər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər metbuat xeberleri sou xeberler bugun cəbhədən son durum