Azərbaycanda tütün istehsalının artırılması planlaşdırılır

Azərbaycanda tütün istehsalının artırılması planlaşdırılır"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə şirkəti "Azərtütün" MMC 2019-cu ildə 12 450 ton yaşıl tütün emal edib və 2 080 ton quru tütün əldə edib.
Milli.Az bildirir ki, bunu Trend-ə "Azərbaycan Sənaye Korporasiyası"nın aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə emal göstəriciləri ilə yanaşı, məhsulun keyfiyyətinin artması da qeydə alınıb və bu, ixrac potensialının və ixrac coğrafiyasının genişlənməsi üçün münbit şərait yaradıb.
Direktor qeyd edib ki, Oğuz rayonunda hazır tütün məhsulu istehsalı üzrə pilot layihə işə salınıb. Bu istiqamətdə işlər "Japan Tobacco International" şirkəti ilə birgə aparılır:
"Qeyd etmək lazımdır ki, ötən il əlverişsiz hava şəraiti, quraqlıq və su təchizatı ilə bağlı problemlər Şəki-Zaqatala regionunda məhsuldarlığa mənfi təsir göstərib".
İ.Bayramov vurğulayıb ki, "Azərbaycanda tütün və tütün məmulatları istehsalının inkişafı üzrə Dövlət proqramı" çərçivəsində Yevlax, Şəki, Qax, Zaqatala və Balakən kimi rayonlardan bu məhsul barədə informasiya "Azexport" portalı vasitəsilə beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunub. Onun sözlərinə görə, inteqrasiyadan sonra xam tütün icracı ilə müraciətlər çoxalıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 may 2020
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün