Azərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb - FOTO

Azərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb - FOTOAzərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb - FOTO
Şəkidən Balakənə göndərilən bağlamanın içərisindən narkotik vasitə və avtomat silahın güllələri çıxıb.
APA-nın məlumatına görə, Balakən şəhər sakini Zahid Abdulhacı oğlu Xanlayev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, "Şəki şəhərindən Arif adlı şəxs ona mobil telefondan zəng edərək Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin daşıyan mikroavtobus vasitəsilə bir ədəd bağlamanın göndərildiyini bildirib. Balakən şəhərində bağlamanı götürüb açan zaman ağır narkotik vasitə hesab olunan heroin və dörd ədəd avtomat silahın gülləsi ilə üzləşib".
Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini, Ələkbər Köçəli oğlu İsmayılov Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədi ilə bilərəkdən bu cinayət hadisəsini törədib. Məlum olub ki, Ələkbər İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Qax şəhər sakini Rəşid Allahyar oğlu Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedib. Ələkbər İsmayılov avtovağzalda Rəşid Məmmədovdan içərisində 3 ədəd A-4 formatlı kağız bağlamaları olan qutunu Şəki-Balakən marşrutu ilə hərəkət edən, Balakən rayonu Qazma kənd sakini Arif Şövkət oğlu Hüseynovun idarə etdiyi sərnişin daşıyan mikroavtobusa verməsini istəyib.
Hal şahidlərinin iştirakı ilə Ələkbər İsmayılovun Zahid Xanlayevə göndərdiyi bağlamaya baxış zamanı oradan üç ədəd torbada olmaqla ümumi çəkisi 3, 780 qram heroin və bir ədəd kağız bükülüdə 4 ədəd avtomat silahın güllələri götürülərək istintaqa təhvil verilib. Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində CM-nin 234.1 və 228.1-ci maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.
Həbs edilən Ələkbər İsmayılov uzun illər Balakən rayon Məhkəməsində icra məmuru, daha sonra isə Qax rayon məhkəməsində işləyib. Bir neçə gün əvvəl isə o tutduğu vəzifədən azad edilib.
Azərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb - FOTOAzərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb - FOTOAzərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb - FOTOAzərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb - FOTO

Sosial       Tarix: 29 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 valyuta mezennesi xeberler bugun xeber.az 2026