Azərbaycanda yaşayan ahıska türkləri: "Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilər

Azərbaycanda yaşayan ahıska türkləri: "Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilərAzərbaycanda yaşayan ahıska türkləri: "Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilər"
Azərbaycanda yaşayan ahıska türkləri o günlərin acı xatirələrini "Anadolu Agentliyi" ilə bölüşüb. Onlar sürgünün 75-ci ildönümü münasibəti ilə Türkiyənin paytaxtı Ankarada təşkil olunan tədbirdə iştirak ediblər. 
Azərbaycanda yaşayan 95 yaşlı Enser Rızmanoğlu 20 yaşlarında olarkən hazırda Gürcüstan torpaqlarında olan məmləkəti Kikinetdən Özbəkistana sürgün edildiyini  deyib. 
"Ölənlərimiz oldu, qocalarımız, yolda-izdə qalanlar... 1958-ci ilə qədər Özbəkistanda yaşadıq. Daha sonra Azərbaycana gəldik. Hələ də orada yaşayırıq", - deyə Rızmanoğlu bildirib.
Rızmanoğlu Azərbaycanda ana dillərini və mədəniyyətlərini itirmədiklərini qoruduqlarını, bununla belə sürgün edilərkən yaşanan əziyyətləri heç unutmadığını bildirdi. O, sürgün olunduqları dəmir yolunu da özlərinə çəkdirildiyini vurğulayıb:
Azərbaycanda yaşayan ahıska türkləri: "Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilər"Dəmir yolu  çəkilənə qədər heç nədən xəbərimiz yox idi. Dəmir yolu çəkildikdən sonra əsgər gətirdilər. Bizi bir kənddən digərinə buraxmadılar. Biri başqa kəndə qonaq getmişdisə də o kənddə qaldı. 3 ay belə oldu. Bilmirdik ki, sürgün olunacağıq...", - deyə o bildirib.
Daha sonra kənd sakinlərinə "sizi bir yerə aparacağıq sonra yenidən bura gətirəcəyik" deyiblər. Rızmanoğlunun sözlərinə görə, səhər vaxtı hamısı evlərindən çıxarılıblar, kənddən kənarda 3 gecə açıq havada saxlanılıblar, sonra qatarlar gətirilib. 
"Qatarlar o qədər müsəlmanları sürgün etmişdi ki, bitlər vardı, vaqonlardan süpürülürdülər. Bizi ora doldurdular. Ondan sonra ağlayan kim...", - deyə o, bildirir.
Azərbaycanda yaşayan ahıska türkləri: "Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilərOnun sözlərinə görə, bəziləri elə yolda həyatlarını itirdilər.
"Yolda ölən sahibsiz idisə, elə orada da basdırıldılar. 1 ay 31 gün getdik, yol apardı bizi Özbəkistana".
Bakıda yaşayan 80 yaşlı Musayev Raqib Rıdvanoğlu isə vətənlərindən sürgün edilərkən hələ 8-9 yaşlarında bir uşaq olduqlarını bildirib. O, Stalin hökumətinin ahıska türklərinin özlərinə düzəltdirdiyi  dəmir yolunu  elə onları sürgün etmək üçün istifadə etdiyini deyib:
"Atam, Allah rəhmət eləsin, dəmir yolunu döşədi. Ordan da bizi sürgün etdilər. Səhəri dedilər ki, burda təlim olacaq, qapıya çıxmayın. Səhər qapıya çıxanda gördüm ki, hər yer özbəklə doludur. Özbəklərdən biri mənə sizin hamınız gedəcəksiniz, - dedi".
Azərbaycanda yaşayan ahıska türkləri: "Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilərSürgün yolunun uzun olduğunu deyən Rıdvanoğlu 1 ay 10 gün yol getdikldərini deyib.
Qeyd edək ki, 1944-cü ilin noyabr ayında Sovet İttifaqı dönəmində Stalin tərəfindən bu gün Gürcüstanın sərhədləri içində olan Ahıska bölgəsində 86 min türk və müsəlman qatarlara doldurularaq Orta Asiyaya sürgün edilmişdi. Vaqonlarda üst-üstə mindirilən sakinlərin məcburi səfəri bir aydan artıq çəkmişdi. Təqribən 17 min insanın həyatını itirdiyi səfərin sonunda  Qazaxıstan, Qırğızıstan və Özbəkistanda yerləşdirilən ahıska türkləri 12 il müddətində burada ağır rejimdə saxlanılmışdı.
Azərbaycanda yaşayan ahıska türkləri: "Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilər

Maraqlı       Tarix: 12 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər