Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başladı
"Zeroline" şirkəti internet mağazalar üçün yeni elektron kommersiya platformasını hazırladı.
Yeni elektron kommersiya platformamısı bir neçə ay ərzində hazırlandı.
Saytın yüzlərlə və ya minlərlə məhsulun yer aldığı internet mağaza, ya da bir neçə məhsulun satılması üçün nəzərdə tutulan veb-sayt olmasından asılı olmayaraq şirkətin proqramı müştərilərin bütün tələblərinin qarşılanması üçün çevikliyi və əlçatanlığa təmin edir.
"Veb-saytınızın etibarlı platformada yerləşdirilməsi və idarə olunması uğurunuz üçün həlledici əhəmiyyət daşıyır. Sizin server infrastrukturunuzu idarə edən və hər şeyi təhlükəsizlikdə saxlayan ekspertlər komandamızla saytınızın sıradan çıxması ilə bağlı narahatlıq yaşamayacaqsınız.
Bütün bu işlərin autsorsinqi Sizə saytın gündəlik idarə olunmasını həyata keçirməyə və diqqətinizi biznesin inkişafı kimi daha vacib məsələlərə yönəltməyə imkan verəcək", - şirkətin korporativ inkişaf üzrə direktoru Sənan Hüseynov deyib.
Platformdan istifadə edən sahibkar aşağıdakıları əldə edir:
Təhlükəsizlik:
Siz əmin ola bilərsiniz ki, mağazanız tamamilə etibarlıdır və ən son təhlükəsizlik tələblərinə cavab verir.
Mobil qurğular üçün rahat:
Adaptiv dizaynla yaradılmış elektron kommersiya saytınız bütün qurğularda müfəssəl görünəcək.
24 saatlıq dəstək:
Mütəxəssislərimiz sutkada 24 saat, həftədə 5 gün saytınızın işi ilə bağlı köməklik göstərməyə, çat, telefon və elektron poçt vasitəsilə istənilən suallarınızı cavablandırmağa hazırdır.
Tam nəzarət:
Siz bütün satışlara və sifarişlərə nəzarət etmək imkanı əldə edəcəksiniz.
Onlayn ödəmələr:
Müştərilər məhsul və ya xidmətlər üçün bank kartları vasitəsilə ödəmə edə biləcəklər.
Əgər mənə yalnız mağaza deyil, daha çoxu lazımdırsa?
Bizim eCommerce platformamızda imkanlarınız qeyri-məhduddur. Zərurət yaranarsa, mütəxəssislərimiz saytınızın funksionallığını tələblərinizdən asılı olaraq genişləndirə bilər.
Bu neçəyə başa gəlir?
"Qiymətlərimiz lazım olan saytın məzmunu və funksionallığından asılı olaraq dəyişir. Daha ətraflı öyrənmək üçün sahibkarlar günün istənilən vaxtında ekspertlərimizlə +994(50)7777607 telefon nömrəsi və ya www.zeroline.az sayt vasitəsi ilə əlaqə saxlaya bilər", - S.Hüseynov qeyd edib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar