Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidenti TƏBRİK ETDİLƏR

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidenti TƏBRİK ETDİLƏRAzərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident,
Zati-alinizi əlamətdar yubiley – təvəllüdünüzün 60 illiyi münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə fövqəladə səylərinizə Uca Yaradandan uğurlar diləyirik.
Cənabınız ömrünün müdriklik məqamına elə bir möhtəşəm Qələbə ilə yetişmişdir ki, bu, dünya miqyasında hər bir dövlət xadiminin arzu etdiyi yüksəklikdir. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk olunacaq hadisə miqyasına malikdir. Vətənimizin, regionumuzun gələcəyi üçün bu Zəfərin dəyəri misilsiz, dünyanın inkişaf istiqamətləri baxımından taleyüklüdür.
Azərbaycan torpaqlarının işğaldan azad edilərək ərazi bütövlüyünün bərpası yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnamələrinə həkk oldu. Uca Yaradanın Lütfü ilə Siz Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq birliyinə əsaslanan müdrik siyasətinizlə Azərbaycanın haqq işinin qələbəsini təmin etdiniz. Azərbaycan xalqına Vətən müharibəsində böyük Zəfər yaşatmış müzəffər sərkərdə – Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ömrünüzün əlamətdar mərhələsində bu sevinc və şərəfi ən çox haqq edən məhz Zati-alinizdir.
Biz fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Qarabağ Zəfərinin müəllifi, Azərbaycan xalqının böyük oğlu, müdrik dövlət rəhbərimiz – Zati-alinizin qətiyyəti sayəsində dövlət bayrağımız azad Qarabağda dalğalandı, məscidlərimizin minarələrindən azan səsləri ucaldı, işğal dövründə vandalizmə məruz qalmış dini məbədlərimiz əsarətdən qurtuldu.
Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir. Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan lider qismət olmuşdur. Böhranları üstələyə biləcək iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi dəyərləri ilə tanınan Azərbaycan gerçəkliyi dünyanın diqqətindədir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.
Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri – dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati- alinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır. Azərbaycanın dövlət rəhbəri olaraq təvəllüd gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın fatehi, Ali Baş Komandan olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbət, dərin etimad və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman Zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.
Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi – Azərbaycan dövlətinin müstəqbəl dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndirən nüfuzlu din xadimlərinin, o cümlədən Şimali Qafqaz müftilərinin şanlı yubileyiniz münasibətilə səmimi təbrik və xoş arzularını Zati- alinizə çatdırmaqdan məmnunluq duyuruq.
O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,
Müfti Salman Musayev
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini,
Arximandrit Aleksiy Nikonorov
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri".

Siyasi       Tarix: 23 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler qarabag sonxeber az son xəbərlər