Azərbaycandan 43 nəfər dəniz yolu ilə Qazaxıstana yola salındı
Azərbaycandan 43 nəfər dəniz yolu ilə Qazaxıstana yola salındı
Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan yeddi Azərbaycan, bir Rusiya vətəndaşı dəniz yolu ilə Qazaxıstana yola salınıb.
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.
Bildirilib ki, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Professor Gül" gəmi-bərəsi ilə 19 may, saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.
Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb