Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları açıqlanıb2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 852,5 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 5 milyard 687,4 milyon dollarını və ya 57,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 165,1 milyon dollarını (42,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 522,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 19,0 faiz, o cümlədən idxal 42,7 faiz, ixrac isə 2,2 faiz azalıb.
2020-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 8,9 faiz, real ifadədə isə 14,5 faiz azalaraq 721,5 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 34,8 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,1 faizini Hindistana, 4,0 faizini Rusiyaya, 3,5 faizini Yunanıstana, hər biri 3,0 faiz olmaqla Xorvatiya və Ukraynaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Çinə, 2,3 faizini Çexiyaya, 2,0 faizini Tunisə, 1,9 faizini Portuqaliyaya, hər biri 1,6 faiz olmaqla Almaniya və Vyetnama, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,6 faiz), Türkiyəyə (20,0 faiz), İsveçrəyə (9,9 faiz), Gürcüstana (9,8 faiz), Çinə (3,3 faiz), İtaliyaya (2,5 faiz), Ukraynaya (2,4 faiz), Qazaxıstana (1,7 faiz), İrana (1,2 faiz), ABŞ-a (1,1 faiz), Belarusa (1,0 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,0 faizi Çin, 8,6 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,3 faizi Ukrayna, 4,1 faizi İtaliya, 2,8 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 1,6 faizi Fransa, 20,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 17 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat