Azərbaycanın enerji sektoru daim inkişafdadır - Deputat

Azərbaycanın enerji sektoru daim inkişafdadır - Deputat90-cı illərdə elektrik enerjisi ilə bağlı çətinliklər hamımızın yadındadır. İnsanlar evdə oturub elektrikin veriləcəyi vaxtı həsrətlə gözləyirdi. Hətta rayonlarda mərasimlərin keçirilməsində mütləq benzinlə işləyən generatorun ehtiyatını görürdülər ki, qaranlıq düşəndə 1-2 lampanı işıqlandıra bilsinlər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yenidən bu sahədə problemlərin azalmasına doğru getdi, elektrikin verilişində fasilələr aradan qalxmağa başlandı.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, İlham Əliyevin Prezident seçilməsi isə energetika sektoru yeni inkişaf mərhələsinə qədəm qoydu:
"Özəl sektora verilmiş elektrikin satışı sahəsi yenidən dövlət nəzarətinə qaytarıldı. "Barmek" dövründə idarəetmədə, əhaliyə xidmətdə, vergi orqanları qarşısındakı öhdəliklərdə, alınan enerjiyə görə "Azərenerji"yə ödənişlərdə və paylama şəbəkəsində yaranmış problemlər aradan qaldırıldı.
2004-cü ildən bu günə qədər ölkəmizdə 30-dan çox yeni elektrik stansiyası tikilib istifadəyə verildi. Azərbaycanın elektrik enerji istehsalı gücü 7000 meqavata çatdırıldı. Bu o deməkdir ki, son 17 il ərzində ölkəmizin elektrik enerji gücü 2 dəfə artıb. Müstəqillik illərində əhalimizin 2 milyondan çox artması və iqtisadiyyatın sənayeləşməsi prosesinin sürətlənməsi dayanıqlı elektrik enerji təminatının yaradılmasını zəruri edirdi".
Deputatın sözlərinə görə, məhz son illərdə bu sektorda icra olunmuş inqilabi dəyişikliklər Azərbaycanı elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevirdi:
"Bu gün ölkəmiz həm özünü dayanıqlı elektriklə təmin edir, həm də qonşu İran, Rusiya, Gürcüstan, Türkiyə və oradan da Avropa bazarına enerji ixrac edən ölkəyə çevrilib. Elektrik enerjisinə əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Təbii ki, bu, son illərin uğurudur".
A.Badamov qeyd edib ki, ölkəmizin enerji sektoru daim inkişafdadır: "Avgustun 21-də cənab Prezidentin tikinti işlərinin gedişatı ilə tanış olduğu 1000 meqavat yükgötürmə gücü olan "Qobu" yarımstansiyasının və təməli qoyulan 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının tikilməsi Bakı və Abşeron yarımadasının dayanaqlı enerji təminatını möhkəmlədəcəkdir.
Bu, həm elektrik enerjisinin nəqletməsində itkilərin azalmasına, həm də elektrik şəbəkəsində hər hansı bir qəza baş verdikdə o ərazinin lokallaşdırmasına imkan verəcək. Yeni tikilən hər bir müəssisə yeni iş yerləridir. Qobu 350 meqavatlıq elektrik stansiyasında 120 nəfər işlə təmin olunacaqdır. Cənab Prezidentin uzaqgörən siyasəti enerji sektorumuzun daha geniş miqyasda inkişafına imkan verir.
Artıq ölkəmizdə alternativ enerji stansiyaları fəaliyyət göstərir və xarici şirkətlərlə imzalanmış müqavilələrə əsasən yeni külək və günəş enerjisi stansiyalarının ərsəyə gəlməsinə imkan verəcək. Qısa olaraq qeyd etmək istəyirəm ki, elektrik enerjisi müasirlik, rahatlıq və iqtisadi inkişaf deməkdir".
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 22 avqust 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az