Azərbaycanın ikinci rəsmi müttəfiqi bəlli oldu – Sırada hansı ölkə var?
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Diqqətçəkən əsas məqam isə imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"sidir.
KONKRET.az xəbər verir ki,bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bundan başqa, Özbəkistan Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi statusunu aldı.
Prinsip etibarilə Özbəkistan-Azərbaycan münasibətləri son illərdə yüksək səviyyəyə çatmışdı. Yəni iki ölkənin müttəfiq olması an məsələsi idi. Nəticə etibarilə bu baş tutdu.
Türkiyə və Özbəkistandan sonra üçüncü rəsmi müttəfiqimizin Qazaxıstan olması mümkündür. Astana-Bakı münasibətləri də yüksək səviyyədədir. Yəni Türkiyə və Özbəkistanın ardınca Qazaxıstan da Azərbaycanla müttəfiqlik haqqında saziş imzalaya bilər.
Əslində, Şuşa Bəyannaməsi fonunda digər türk dövlətlərinin də Bakı ilə münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracağı bəlli idi. Düzdür, Qırğızıstan və Türkmənistanla bənzər müqavilənin imzalanması bir az vaxt apara bilər. Bununla belə gec-tez bu da baş tutacaq. Prosesin sonunda isə TDT-nin vahid xartiyasının imzalanması mümkün görünür. Yəni "Türk Respublikaları arasında müttəfiqlik münasibətləri haqqında müqavilə" imzalana bilər./ Globalinfo.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar