Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub - FOTO

Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub - FOTOSəudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.
İşçi Qrupu Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir. İşçi Qrupun həmsədrləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun (SAGİA) Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Bədir əl-Müfqainidir.
Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq qurumlarının iştirakı ilə keçirilmiş iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişafına və İşçi Qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə tədbirlərin təşkilinə, iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı məlumat mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının Agentliyin strukturuna daxil olan KOB İnkişaf Fondunda iştirak imkanlarına, qarşılıqlı biznes missiyaların təşkilinə dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi İşçi Qrupun həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGİA-nın sədr müavini İbrahim Al-Suavi imzalayıblar.
İşçi Qrupunun iclası çərçivəsində KOBİA nümayəndə heyəti Səudiyyə Ərəbistanın KOB-lara xidmət və dəstək göstərən bir sıra qurumlarında görüşlər keçirib. Səudiyyə İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Kiçik və Orta Müəssisələr Baş İdarəsi, Baş İnvestisiya Qurumu (SAGİA), Ər-Riyad Ticarət və Sənaye Palatası və Dövlət İnvestisiya Fondunun rəhbər heyəti ilə təşkil olunmuş görüşlərdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib
Görüşlərdə Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən KOBİA-nın fəaliyyətinə, Agentliyin mövcud dəstək mexanizmlərinə və reallaşdırılacaq layihələrə maraq ifadə olunub, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşlərdə müvafiq olaraq hər iki ölkənin KOB-ları arasında səmərəli və məhsuldar əlaqələrin qurulması məqsədilə təcrübə, informasiya və potensial investisiya layihələri mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının KOB İnkişaf Fondunda iştirak imkanlarına, birgə müəssisələrin yaradılmasına, KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən maliyyə sektorunda aparılan islahatları yüksək qiymətləndirib, ölkəmizdə maliyyə sektoru üzrə birgə tədbirin keçirilməsinə dair KOBİA nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanın Kiçik və Orta Müəssisələr Baş İdarəsi ilə təşkil olunmuş görüşdə təcrübə mübadiləsi və texniki dəstək kimi məsələlərin öz əksini tapacağı birgə tədbirlərə dair yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib. SAGİA və KOBİA nümayəndələri arasında təşkil olunmuş görüşdə Müştərək Komissiya və İşçi Qrupu çərçivəsində mövcud əməkdaşlıq müsbət qiymətləndirilib, biznes forumun keçirilməsi, hər iki ölkənin KOB-larının iştirakı ilə Biznes Şurasının yaradılması müzakirə olunub. Ər-Riyad Ticarət və Sənaye Palatası ilə görüşdə isə KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin keçirilməsi, ölkəmizdə və Səudiyyə Ərəbistanında təşkil olunacaq sərgilərdə KOB-ların iştirakı və belə formatda digər tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az xəbər.az sonxabar az xeber.az son xeberler