Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaqKənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı sahəsində yeni layihəyə başlayıb.
Nazirlikdən Milli.Az-a bildirilib ki, "Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi" layihəsi ilə bağlı onlayn görüş keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyev bildirib ki, layihənin icrası Zaqatala, Qax və Balakən rayonlarında ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Proqram rəhbəri Rainer Freund qeyd edib ki, Azərbaycan inanılmaz dərəcədə zəngin aqro-ekoloji bölgələrə, müxtəlif iqlim tiplərinə və kənd təsərrüfatı məhsullarına malikdir: "Bu məhsullardan yerli qida məhsullarının hazırlanması ənənəsi davam edir. Avropa Birliyində və başqa yerlərdə onilliklər, bəlkə də yüzilliklərlə qorunan bu ənənə bir üstünlük kimi istifadə edilir, yerli məhsullarla bazara çıxışı inkişaf etdirmək və rəqabət mühitini gücləndirmək vasitəsinə çevrilir".
Layihənin əsas tərəfdaşlarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə yeni layihənin əhatə etdiyi rayonlardakı fermerlərin rifahına göstərəcəyi təsir barədə məlumat verib. Firdovsi Fikrətzadə sahədən yığıldığı kimi satışa çıxarılan məhsullardan fərqli olaraq əlavə dəyər qazanan məhsulların kəndlilərə daha çox gəlir gətirəcəyini bildirib. "Layihə bizə təkcə bir neçə dəyər zənciri yaratmağa deyil, həm də dəyər zəncirləri üzrə sistem yaratmağa imkan verəcək", - deyə Firdovsi Fikrətzadə vurğulayıb.
Layihənin rəhbəri Yusif Axundov əlavə edib ki, seçilmiş 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacaq və istehsal olunmuş məhsulların bazara çıxışı təşkil olunacaq. Layihə rəhbəri istehsal edilmiş məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacağını vurğulayıb.
Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Avropa İttifaqının, Dünya Bankının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, bir sıra beynəlxalq layihələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, fermer assosiasiyalarının, özəl təşkilatların rəhbərləri iştirak ediblər. Çıxış edənlər fermerlərə məsləhət xidmətləri göstərmək üçün atılacaq addımlar, yaradılacaq innovativ platformalar barədə məlumatlar verib, beynəlxalq nümunələrdən danışıblar.
"Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 07 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət kriminal xeberler az meherremlik 2026