Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim etdi
Azərbaycanın Qazaxıstana yeni təyin olunmuş səfiri Əlimirzamin Əsgərov etimadnaməsinin surətini Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevə təqdim edib.
KONKRET.azazərtac-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilib ki, görüş zamanı tərəflər siyasi, iqtisadi-ticari, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini, həmçinin qarşıdan gələn ikitərəfli tədbirlərin cədvəlini müzakirə ediblər.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.
Görüşün sonunda Azərbaycan səfiri səmimi qəbula görə Qazaxıstan xarici işlər nazirinin müavininə təşəkkür edib, dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda davamlı şəkildə inkişaf etdirilməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu vurğulayıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR