"Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır" - Klaar

"Brüsseldə keçirilən ikinci üçtərəfli görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsi istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri özündə əks etdirən gələcək sülh müqaviləsini hazırlamaq tapşırılması qərara alınıb".
KONKRET.az xəbər verir ki, bunları Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
"Müqaviləyə nələrin daxil olub-olmayacağını sadalamaq istəməzdim. İkitərəfli sülh müqaviləsinin məzmununu razılaşdırmaq yenə də son nəticədə tərəflərdən asılıdır. Mən öz tərəfimdən, şübhəsiz ki, bütün aktual məsələlərin həll olunacağı hərtərəfli Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının xeyrinə bizim hamının bildiyi mövqeyimizi təkrarlaya bilərəm. Biz Ermənistanla Azərbaycan arasında regionun gələcəyi ilə bağlı fikir ayrılıqlarından xəbərdarıq. Bu, dəfələrlə ictimaiyyətə bəyan edilib", – Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi deyib.
"Ümid edirik ki, hər iki tərəf regiondakı münaqişənin səhifəsini çevirə və sülh danışıqlarında konstruktiv iştirak edə biləcəyik. İkinci üçtərəfli görüş zamanı Aİ tərəflərə bu istiqamətdə hərəkət etməyə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Bildiyiniz kimi, sədr Şarl Mişelin bəyanatında 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olaraq aprelin sonunadək birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Onun mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd boyu və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi olacaq. Prezident Şarl Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib", – Toyvo Klaar əlavə edib.
"Göründüyü kimi, onun bəyanatında Ermənistanla Azərbaycan arasındakı ikitərəfli sərhədə açıq şəkildə istinad edilir. Bununla belə, ümumiyyətlə hesab edirik ki, 30 ildən artıqdır davam etmiş münaqişənin əsasında duran bütün məsələlərin həlli üçün hərtərəfli nizamlanma lazımdır.
Aprelin 6-da elan olunduğu kimi, Ermənistan və Azərbaycan liderləri xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyi tapşırmaq barədə razılığa gəliblər. Ona görə də başa düşürük ki, bu danışıqlar ilk növbədə iki ölkənin xarici işlər nazirləri tərəfindən aparılacaq və biz gələcək hərtərəfli həlldən danışdığımız üçün inanırıq ki, bir çox digər departamentlərin və tərəflərin nümayəndələrinin iştirakı tələb olunacaq", – Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vurğulayıb.
O, qeyd edib Polşanın rəhbərliyi ilə ATƏT də Avropa Şurası prezidentinin himayəsi altında Ermənistan və Azərbaycan liderlərinin görüşünü, həmçinin mümkün sülh sazişi prosesinin başlanmasını alqışlayıb: "Fəaliyyətdə olan sədr həmçinin Cənubi Qafqazda sabit və sülh şəraitində vəziyyətin təmin edilməsi üçün bütün səylərə töhfə verməyə hazır olduğunu bildirib. Aİ Brüsseldə keçirilən ikinci üçtərəfli görüşə və onun nəticələrinə dəstək olaraq verilən bütün müsbət bəyanatları alqışlayır.
Birgə Sərhəd Komissiyasına gəlincə, xatırlatmaq istərdim ki, sədr Mişelin bəyanatında aprelin 6-da Brüsseldə əldə edilmiş öhdəliklərin və razılaşmaların 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olduğu açıq şəkildə qeyd edilir.
Aİ təbii ki, qonşuluğunda təhlükəsizlik, sabitlik və firavanlığın olmasında maraqlıdır, mən inanıram ki, bizim səylərimiz bütün əhalinin rifahı naminə regionda davamlı sülh və təhlükəsizliyə nail olmaqda erməniləri və azərbaycanlıları dəstəkləmək üzrə istənilən digər öhdəlikləri tamamlayır". Report

Siyasi       Tarix: 10 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 son xeberler azerbaycan son xabar kriminal bugun