Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ölkəmizə nə verəcək? - ŞƏRH

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ölkəmizə nə verəcək? - ŞƏRHAzərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ölkəmizə nə verəcək? - ŞƏRH
"Dövlət Turizm Agentliyi olaraq daha çox ölkə ilə viza məsələlərinin sadələşdirilməsində, vizasız ölkələrin coğrafiyasının genişləndirilməsində maraqlıyıq". 
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin 2019-cu ilin iyul ayından yüngülləşdirilməsindən sonra ölkəyə gələn Türkiyə vətəndaşlarının sayı artıb, lakin bu ilin yanvar-fevral aylarını çıxmaq şərti ilə ölkəyə turist gəlmir:
"Təbii ki, viza rejiminin ləğv edilməsi ölkələr arasında gəliş-gedişin artmasına təkan verir. Bu, bütün dünya üzrə belədir".
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejimi tam aradan qaldırıla bilər və iki ölkə arasında münasibətlər buna imkan verir.
Azərbaycan Turizm Bürosunun Avropa ölkələri üzrə regional meneceri Xədicə Nəsirova Oxu.Az-a bildirib ki, Azərbaycanın 2019-cu ildə Türkiyə ilə vizaları ləğv etdiyindən sonrakı dövr ərzində Türkiyədən Azərbaycana gələn turistlər ortalama 17 faiz artıb. Bu, onun göstəricisidir ki, viza rejiminin aradan qaldırılması Türkiyədən Azərbaycana turist axınına qısa müddət ərzində kifayət qədər müsbət təsir göstərib:
"Nəzərə alsaq ki, səyahət planlaması müəyyən vaxt alır, bu rəqəm artımda yüksək say göstəricisidir. Viza sisteminin ümumiyyətlə ləğv edilməsi isə insanlarda qonşu ölkə haqqında daha pozitiv maraq yaradacaq, həm biznes əlaqələrin, həm də gəlmə turizmin müxtəlif sahələrinə müsbət təsirini göstərəcək. Qeyd edim ki, hazırda Türkiyədən turist gəlişi yoxdur", – deyə o əlavə edib.
Qeyd edək ki, 2019-cu ilin 1 sentyabr tarixindən etibarən Azərbaycan Respublikası Türkiyə vətəndaşları üçün viza tələbini ləğv edib. Bu, 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına şamil edilib.

Turizm       Tarix: 14 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag son xeber xeberler bu qun xeberler az