Azərbaycanlı milyarder bir ildə 220 milyon dollar İTİRDİ

Azərbaycanlı milyarder bir ildə 220 milyon dollar İTİRDİ2021-ci ildə 29 rusiyalı milyarder yoxsullaşıb.
KONKRET.az Lent.az-a istinadla bildirir ki, "Forbes"in yazdığına görə, beləliklə, onlardan birinin sərvəti təxminən altı milyard dollar azalıb.
Rusiyanın ən yoxsullaşan milyarderlərinin reytinqində ilk sırada qızıl mədən şirkəti "Polyus"un səhmlərinə sahib olan senator Süleyman Kərimov və ailəsidir.
2021-ci ildə onlar 5,99 milyard dollar itirdilər. İtkilər qızılın qiymətinin düşməsi ilə bağlıdır. 2020-ci il ərzində onun dəyəri artsa da, 2021-ci ildə dünya iqtisadiyyatlarının bərpası ilə birlikdə qızıla tələbat dayanıb.
Beləliklə, yanvarın 1-dən "Polyus"un səhmləri 16 faiz azalıb. 2021-ci il dekabrın 20-nə sahibkarın sərvəti 14,92 milyard dollardır.
"Renova" qrupunun yaradıcısı Viktor Vekselberq 2018-ci ilin aprelində ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib, Amerika və İsveçrə banklarında 1,5 milyard dollardan çox vəsaiti dondurulub. Bundan əlavə, ona ABŞ-da biznes fəaliyyəti qadağan edilib. Bloklanmış vəsaitlər yalnız ABŞ Xəzinədarlığının icazəsi ilə istifadə edilə bilər, lakin departament belə bir fürsət vermir.
2021-ci ildə Vekselberq 2,93 milyard dollar itirib, dekabrın 20-nə onun sərəncamında 9,29 milyard dollar var. "Forbes"in anti-reytinqində ikinci yeri tutur.
Üçüncü sırada 2021-ci ildə 668 milyon dollar itirmiş "Domodedovo" hava limanının əsas benefisiarı Dmitri Kamenşik olub. Dekabrın 20-nə onun varidatı 1,80 milyarddır.
Sonrakı sırada Ural Mədən və Metalurgiya şirkəti və UMMC-Holdinqin baş direktoru Andrey Kozitsındır. Onun builki itkisi 615 milyon dollardır. Dekabrın 20-nə olan məlumata görə, sərvəti 5,79 milyard dollardır.
"Forbes"in reytinqində 5-ci sırada "Sistem" Açıq Səhmdar Cəmiyyətinin aksiyalarının 59 faizinin sahibi Vladimir Yevtuşenkodur. 2021-ci ildə itkisi 414 milyon dollardır. Dekabrın 20-də sahibkarın sərvəti 2,54 milyard dollar olub.
Altıncı sırada Aleksandr Mamutdur və bu il 320 milyon dollar ziyana düşüb. Onun sərvəti 2,26 milyard dollardır.
Bunun ardınca "Domo" proqram təminatının inkişaf etdirilməsi şirkətində səhmləri demək olar ki, 19 faiz ucuzlaşan və hazırda bir səhmin qiyməti 50 dollar olan Qavril Yuşvaev gəlir. Biznesmen bu il 285 milyon dollar itirib. İndiki sərvəti 1,92 milyard dollar təşkil edir.
Səkkizinci yer – "Eurasia Drilling Company"nin əsas səhmdarı Aleksandr Caparidze 2021-ci ildə 241 milyon dollar ziyana düşüb. Hazırda 2,30 milyard dollar sərvəti var.
Siyahıda həmçinin "Yandex"in səhmdarı Arkadi Voloj da var. Bu il 231 milyon dollar itirib. Dekabrın 20-nə olan məlumata görə, sərvəti 2,30 milyard dollardır.
"Forbes"in reytinqini "Crocus Group"un sahibi və 2021-ci ildə 226 milyon dollar itirən Araz Ağalarov bağlayır. Şirkətlər qrupuna "Crocus City Hall" və "Vegas" konsert salonları, sərgi kompleksi, ticarət mərkəzləri, idman və əyləncə obyektləri daxildir.
Onun biznesinin demək olar ki, bütün sahələrinin vəziyyəti COVID-19 pandemiyası səbəbindən məhdudiyyətlərdən təsirlənib. Məlum olduğu kimi, ticarət mərkəzinə gələnlərin sayı 20-30 faiz azalıb. Nəticədə, Azərbaycan əsilli milyarder 226 milyon dollar ziyana düşüb.
Ağalarovun sərvəti dekabrın 20-nə olan məlumata görə, 1,451 milyard dollardır.
Bundan əvvəl "Forbes" xəbər vermişdi ki, "Telegram"ın yaradıcısı Pavel Durov 2021-ci ildə 13,81 milyard dollar qazanıb və ən zəngin Rusiya vətəndaşı olub. Reytinqin lideri həm də 12 ayda sərvətini 11,92 milyard dollar artıran "Wildberries"in təsisçisi Tatyana Bakalçukdur.

Sosial       Tarix: 01 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun xəbər.az sonxeber ən son xəbər