Azərbaycanlı yanğınsöndürən: "Türk qardaşlarımız üçün əlimizdən gələni edirik" - VİDEO
Türkiyənin Marmaris rayonunda baş verən meşə yanğınının söndürülməsinə dəstək olmaq üçün Azərbaycandan yollanan 40 nəfərlik axtarış-xilasetmə və yanğınsöndürmə qrupu Datça magistral yolundakı meşə sahəsində işə başlayıb.
Azxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Demirören Haber Ajansı (DHA) görüntülər paylaşıb.
Kadrlarda azərbaycanlı yanğınsöndürənlərin alovlarla mübarizəsi əks olunub. Komanda üzvlərindən Kamil Dilavərov vəziyyətin çox pis olduğunu, amma türk qardaşlarımız üçün əllərindən gələni etdiklərini bildirib.
"Bura bizim doğma məmləkətimizdir, heç bir yadlıq hiss eləmədik. Ümid edirəm, vəziyyət sizin üçün daha yaxşı olacaq", - deyə o bildirib.
İqbal adlı yanğınsöndürən isə qardaş ölkədə yanğının öhdəsindən gələcəklərini inamla bildirərək, türk xalqına keçmiş olsun diləklərini çatdırıb.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR