Azərbaycanlılar Avropaya işləməyə hansı şərtlərlə gedirlər? - FOTO

Azərbaycanlılar Avropaya işləməyə hansı şərtlərlə gedirlər? - FOTOAzərbaycanlılar Avropaya işləməyə hansı şərtlərlə gedirlər? - FOTO
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşlarının iş üçün ən çox üz tutduqları ölkələr Rusiya və Türkiyə idi.
Son illər isə soydaşlarımız məşğulluqla bağlı problemlərini Çexiya, Slovakiya, Polşa kimi ölkələrdə həll etməyə başlayıblar.
Son nəticədə indi adları çəkilən Avropa ölkələrində minlərlə azərbaycanlı işləyir, diasporumuzu formalaşdırır. Bəs vətəndaşlarımız Avropaya işləməyə hansı şərtlərlə gedirlər? "Report" bununla bağlı araşdırma aparıb.
Bu işlə məşğul olan şirkətlər var
Avropada işləmək istəyənlər bunu həm özləri, həm də vasitəçi şirkətlərin xətti ilə reallaşdıra bilərlər. Birinci halda vətəndaşlar turist qismində "köhnə qitə"yə səfər edə, orada iş tapa və əmək münasibətlərini yerindəcə rəsmiləşdirə bilərlər. İkinci halda isə işi Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər tapır və işləmək istəyən şəxslərdən sənədləri yığaraq Avropaya göndərir, lazımi prosedurlardan sonra işçi vizası düzəldir və bunun müqabilində xidmət haqqı alırlar. Amma bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Nəzərə alınmalıdır ki, bazarda olan şirkətlərin çoxunun Avropada yerləşən və işçiyə ehtiyacı olan müəssisələrlə rəsmi əməkdaşlığı yoxdur. Şirkətlər daha çox vakansiyalar barədə məlumatları hansısa yollarla əldə edir və görə biləcəyiniz işləri sizin əvəzinizdən onlar görürlər.
Ən vacib məsələ işəgötürəndən rəsmi dəvət məktubudur
Bununla belə, işçi qüvvəsinin beynəlxalq miqrasiyası ilə peşəkar şəkildə məşğul olan şirkətlər də var. Onlardan birinin rəhbəri Elməddin Əliyev deyir ki, Avropada işləmək üçün ən vacib məsələ işəgötürəndən rəsmi dəvət məktubunun əldə edilməsidir:
"Bunun üçün Avropada işləmək istəyən şəxslərin sənədləri toplanılaraq işəgötürənə göndərilir və dəvətnamə hazır olana qədər bu məsələ nəzarətdə saxlanılır. Dəvətnamə gəldikdən sonra isə vətəndaş viza üçün növbəyə yazılır. Bu prosesin müddəti ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Slovakiyaya iş üçün müraciət edən şəxslərin sənədləri iki-üç ay ərzində hazır olur. Buradakı iş və maaş barədə öncədən vətəndaşlara məlumat verilir. Dəvətnamə gəldikdə isə artıq onun üzərində vətəndaşın yaşayacağı ünvan da qeyd olunur. Çünki yaşayış ünvanı olmadan viza almaq çətinləşir. Vətəndaşı Slovakiyada qarşılayan olmasa da, o, həmin ünvanı xəritədən taparaq özü yerinə çata bilir. Slovakiyaya ailə ilə getmək istəyənlər də müraciət edə bilərlər. Burada proses iki mərhələli olur. Öncə ailə üzvlərindən biri, daha sonra isə digəri Slovakiyaya göndərilir. Ər-arvad birlikdə getsələr, onların ikisinin də işləməsi mütləqdir (zavodlarda ailəvi işləyənlər var). İşə düzəlmək üçün hər iki şəxs xidmət haqqı ödəyir. Həmin məbləğə viza rüsumu, sığorta pulu, dəvətnamə, vakansiya və zəmanət məktubu daxildir".
Azərbaycanlılar Avropaya işləməyə hansı şərtlərlə gedirlər? - FOTOPolşada yaşayanlar deyirlər ki...
Slovakiya ilə yanaşı, Polşa da azərbaycanlıların iş üçün maraq göstərdiyi ölkələrdəndir. Amma burada da iş yerləri, əsasən, zavodlardadır, fiziki əmək tələb edən işlərdir. Polşada işləyən Nizami Namazov deyir ki, belə işlərin hər saatına görə ən yaxşı halda 20 zlot (7 manat), əksər hallarda isə 12-15 zlot (4-5 manat) ödəniş edilir. Yəni hər gün 10 saat işləyən adam gündəlik minimum 120 zlot (42 manat), maksimum isə 200 zlot (70 manat) qazana bilər.
"Beləliklə, zavodda işləyirsənsə, ev kirayəsi daxil olmaqla ayı 3 000-5 000 min zlot (1 000-2 000 min manat) gəlirlə başa vurmaq olur. Mənim isə Polşada işim İT sahəsi ilə bağlıdır və internetdən tapmışam. Burada yerli dili bilmək üstünlükdür. Amma mən daha çox ingilis dilindən istifadə edirəm. Xərclərə gəlincə isə, burada evin kirayəsi kommunal ödəniş daxil olmaqla azı 1 200 zlot (420 manat) xərc tələb edir. İctimai nəqliyyatda birdəfəlik gediş haqqı 4-6 zlot (1-2 manat) təşkil edir. Amma tələbələrə 74 zlota (26 manata) aylıq kart verilir. 30 Gb-lıq internet paketi üçün isə 30 zlot (10 manat) ödəmək lazımdır", - deyə həmsöhbətimiz bildirir.
N.Namazov işi ilə bağlı Çexiyada da tez-tez olur. Onun sözlərinə görə, bu ölkədə də məşğulluqla bağlı şərtlər, demək olar ki, Polşadakı kimidir:
"Baxmayaraq ki, bir çox azərbaycanlılar deyirlər ki, Çexiyada iş tapmaq Polşadan asan və gəlirlidir, amma orada qiymətlər buradan yüksəkdir". / oxu.az

Maraqlı       Tarix: 15 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler bugünki xəbərlər cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe