"Azercell Biznes" korporativ müştəriləri üçün vebinarlar təşkil edib

Hər zaman korporativ müştərilərinin inkişafına yönəlik təşəbbüsləri dəstəkləyən "Azercell Biznes" bu istiqamətdə növbəti uğurlu layihə gerçəkləşdirib. Bu dəfə "Azercell Biznes Klubu"nun üzvlərinə iki önəmli mövzu üzrə onlayn vebinarlar keçirilib.
"Liderlik" və "Müştəriyə yönəlik xidmət mədəniyyəti" mövzularına həsr edilmiş vebinarlara 100-dən çox iştirakçı qatılıb. Onlar arasında dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, kommersiya qurumları, maliyyə təşkilatlarının təmsilçiləri də olub. Vebinarlar sürətlə dəyişən müasir işgüzar aləmdə şirkətlərin effektiv liderliyi və transformasiyasına fokuslanmışdır.
İlk vebinar - "Liderlik" təlimində uğurlu rəhbər olmaq üçün vacib amillər, effektiv liderin əsas xüsusiyyətləri, komandanın motivasiyası və inkişafına aparan addımlardan bəhs olunub.
İştirakçılara həmçinin, iş qrupunu real komandaya çevirmək texnikası, əməkdaşın fəaliyyətinin nəticələrinin ölçülməsi və hədəflərin müəyyən edilməsi, digər əməkdaşlarla kommunikasiyanın düzgün qurulmasına dair bilgilər verilib. 
"Müştəriyə yönəlik xidmət mədəniyyəti" mövzusuna həsr edilmiş vebinarda isə müştəri məmnuniyyətini qazanmağın yolları barədə məlumat təqdim olunub. Müştəriyə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün zəruri olan əsas davranışlar, effektiv ünsiyyətin vacib şərtləri vurğulanıb. Müştəri məmnuniyyəti sahəsində mükəmməlliyə nail olmaq, xidmət səviyyəsini yüksəltmək, müraciətlərin cavablandırılmasına dair standartlar haqqında bilgilər də iştirakçıların diqqətinə çatdırılıb. 
Online vebinarlar "Azercell Akademiyası"nın aparıcı mütəxəssisi Aynur Abbasova və Akademiyanın dəvət etdiyi təlimçi, məsləhətçi və kouç Lalə Əbdürəhmanova tərəfindən təqdim edilib. Təlimçilər mövzularla əlaqəli iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. 
Uzunmüddətli uğurlu fəaliyyət tarixinə malik "Azercell Biznes" tərəfdaşlarının inkişafını dəstəkləyən xidmətləri təqdim edir, onlara ölkənin istənilən yerindən bizneslərini effektiv və rahat şəkildə idarə etməklə müştərilərinə yüksək xidmət göstərmək imkanı yaradır. Korporativ müştərilərinin inkişafı və rəqəmsal transformasiyasına hər zaman önəm verən "Azercell Biznes" bu kimi fəaliyyətini müxtəlif istiqamətlərdə davamlı olaraq həyata keçirəcək. 
"Azercell Biznes" barədə ətraflı məlumat üçün səhifəsinə müraciət edə və ya "Azercell"in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.

İqtisadiyyat       Tarix: 22 dekabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib. Tədbir Azərbaycanın innovasiy

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti,

Neft ucuzlaşdı

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 29 may 2026-cı ildən bəri ilk dəfə olaraq barrel üçün 90 dollardan aşağı düşüb. . xəbər verir ki, Bakı vaxt

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında

"Kristal"dan ideal fürsət:2 və 3 otaqlı ipotekaya yararlı mənzillər satışdadır

"Kristal"ın şəhərin ənperspektivli ərazilərindən birində reallaşdırdığı prestijli "Highland Residence"layihəsindənmənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var.Tikintisinin əsas hissəsiartıq tamamlanmı

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler xəbər.az en sonxeber dunyada son xeberler