Azercell "Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb

Azercell Azercell insan kapitalının inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi layihələrlə "2026 Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb. İnsan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin "İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası" layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı "Liderlik bacarıqlarının inkişafı proqramı" gümüş, "AI Bootcamp" layihəsi isə bürünc mükafata layiq görülüb.
"İnsan kapitalına sərmayə şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır", – deyə Azercell-in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.
Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.
Azercell əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business School ilə birgə hazırlanan "Liderlik bacarıqlarının inkişafı proqramı" şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. Azercell-in dəstəyi ilə həyata keçirilən "AI Bootcamp" ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.
Qeyd edək ki, Azercell beynəlxalq səviyyədə tanınan "Great Place to Work®" ("Əla İş Yeri") sertifikatının sahibidir. Korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur. 
Brandon Hall Group HCM Excellence Awards® insan kapitalının idarə edilməsi (Human Capital Management — HCM) sahəsində təşkilatların innovativ proqramlarını və onların ölçülə bilən nəticələrini qiymətləndirən beynəlxalq mükafat proqramıdır. Müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma meyarları əsasında qiymətləndirilir. Azercell-in Accenture, EY (Ernst & Young), Google, IBM, Microsoft, Salesforce, T-Mobile, Verizon, Vodafon və digər bu kimi böyük şirkətlərin iştirak etdiyi müsabiqədə əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir. / azxeber.com

İqtisadiyyat       Tarix: 22 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təkli

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyəehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsiləhəmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusun

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun