Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən Ölkəmizin parlaq gələcəyi üçün bu gün uşaqların sağlam mühitdə böyüməsi əsas şərtlərdən biridir. Təəssüf ki, hər bir cəmiyyətdə təzyiqlə üzləşən, sıxılan, hüquqları pozulan uşaq və yeniyetmələrə rast gəlmək olur. On bir ildən artıqdır ki, Azercell-in, UNİCEF Azərbaycanın və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidmətinin əsas məqsədi məhz müxtəlif çətinliklərlə üzləşən uşaqlara təmənnasız kömək etməkdir. Yarandığı ilk gündən etibarən bu xidmətin əməkdaşları həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək verir, onların sosial mühitə uyğunlaşmalarına yardım edir.
Xidmət cari ilin yanvar-may ayları ərzində 2386 müraciəti cavablandırıb. Müxtəlif sahələrlə bağlı daxil olan zənglərin böyük qismi (793 müraciət) təhsil sahəsinə aid olub. Beş ay ərzində qaynar xəttin ekspertləri hüquqi prosedurlara dair 481 müraciət qəbul ediblər. Yerdə qalan zənglər psixoloji (340 müraciət), sosial (236 müraciət), səhiyyə (137 müraciət) və digər məsələlərlə əlaqədar (399 müraciət) yardım istəyi olub.
"Uşaq Qaynar Xətt" xidmətinə yalnız uşaqlar deyil, onların valideynləri və yaxınları da müraciət edir. Belə ki, yanvar-may aylarında mərkəzə daxil olan zənglərin 1772-si 18 yaşdan yuxarı, 506-sı isə uşaq və yeniyetmələr tərəfindən edilib. Yardım istəyənlərin 1203 nəfəri qadın, 1075- i kişi olub. Həmçinin mərkəzə sosial şəbəkələr üzərindən anonim formada müraciətlər edənlər də olub. Son 5 ay ərzində qaynar xətt tərəfindən 34 ailə ilə görüş həyata keçirilib, 94 sosial-psixoloji reabilitasiya işi aparılıb.
Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti tərəfindən onlayn vebinar və canlı yayımlar təşkil edilib. "Yeniyetməlik dövrünün
psixoloji və fizioloji aspektləri" mövzusunda canlı yayım, yeniyetmə və gənclər üçün "İntihara son deyək!", "Özünü yalnız hissetmə sindromu" vebinarları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Bu müddət ərzində uşaq və yeniyetmələr üçün "Klinik Müsahibələr", eləcə də "Uşaqlar və Ailələrlə sosial iş və reabilitasiyanın təşkili" təlimləri baş tutub. "Uşaq Qaynar Xətt" xidmətinin iştirakı ilə həm də ZOOM platformasında uşaq zorakılığına qarşı mübarizəyə həsr olunmuş 10 günlük beynəlxalq təlim keçirilib. Həmçinin sosial şəbəkələr üzərindən maarifləndirmə kampaniyaları da davam etdirilib.
Xatırladaq ki, 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə "Uşaq Qaynar Xətt" xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. "Azərbaycan Uşaq Qaynar Xətt"xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti" mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

İqtisadiyyat       Tarix: 22 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər hava durumu bu gune olan xeberler sou biznes