Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR
Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb.
azxeber.com xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarından biri olan "RobotChallenge"in ilk yerli mərhələsi gənclər arasında STEAM təhsilinin təşviqinə və ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verən mühüm platformaya çevrilib.
Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 600-dən çox iştirakçı, 200-dən artıq komanda mübarizə aparıb. Yarışın açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, "Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, həmçinin sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi qonaqlar iştirak edib.
Sona Abbasova gənclərin innovasiya və mühəndislik sahələrindəki potensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. S. Abbasova bildirib ki, Azercell ölkədə rəqəmsal bacarıqların inkişafına və gələcəyin texnologiya liderlərinin formalaşmasına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək.
Qeyd edək ki, yarış iştirakçıları müxtəlif kateqoriyalar üzrə öz texniki bilik və bacarıqlarını nümayiş etdirərək innovativ həllər təqdim ediblər. Dinamik qarşılaşmalar və texnoloji layihələr tədbirə gələn çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olub.
Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrə qaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Onlardan 12 komanda birinci, 12 komanda ikinci, 12 komanda isə üçüncü yerə layiq görülüb. Komandaların təqdim etdiyi innovativ həllər, texniki yanaşmalar və yüksək performans münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib. Xatırladaq ki, yerli mərhələnin qalibləri Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.





Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu