Azercell-in prezidenti: "Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır

Azercell-in prezidenti: "Azercell Telekom" MMC-yə STEVIE Beynəlxalq Biznes Mükafatlarının qızıl mükafatı təqdim olunub
Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi keçirib. Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" MMC-nin nailiyyətləri STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, Azercell Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiqi üzrə hazırlıq səviyyəsinə görə "İlin ən innovativ şirkəti" nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Mükafatın virtual təqdimat mərasimində çıxış edən "Azercell Telekom" MMC-nin Prezidenti Zərinə Zeynalova etimad üçün münsiflər heyətinə təşəkkürünü bildirib. Xanım Z.Zeynalova Azərbaycanda Əşyaların İnterneti əsasında az enerji tələbatlı sensorlar konsepsiyasını tətbiq edən ilk şirkətin Azercell olduğunu vurğulayıb: "Əşyaların İnterneti texnologiyasının təklif etdiyi geniş imkanlardan yararlanaraq daha rahat, rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaq və beləliklə innovativ həlləri abunəçilərimiz üçün əlçatan etmək - prioritet məqsədlərimiz sırasındadır. Azercell Telekom ölkə prezidentinin çağırışına əsasən işğaldan azad olunmuş ərazilərdə "Ağıllı Şəhər" və "Ağıllı Kənd" konsepsiyalarının gerçəkləşməsi üçün dövlət proqramına dəstək verməyə hazırdır.
Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, Azercell bu ərazilərdə mobil kommunikasiya infrastrukturunun qurulmasına başlayan ilk şirkətdir"
Dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan STEVIE Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. Builki
seçim zamanı ekspertlər Azercell-in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması naminə texnoloji yeniliklərin tətbiqi istiqamətindəki səylərini qiymətləndiriblər.
Hazırda 5 milyondan çox abunəçinin seçimi olan məhz "Azercell Telekom" MMC ölkədə ilk olaraq "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu sınaqdan keçirərək hazır vəziyyətə gətirib.
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə "Big Data" texnologiyasını tətbiq edən "Azercell Telekom" MMC kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiq etməklə, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan etməyə çalışır.
Qeyd edək ki, "Azercell Telekom" indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək STEVIE mükafatına layiq görülüb. Müsabiqənin məqsədi dünyanın müxtəlif ölkələrində fərqli uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

İqtisadiyyat       Tarix: 20 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi krimnal xeber qurban bayrami 2026 cəbhədən son məlumatlar