Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu - FOTOLAR

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu - FOTOLAR"Həyatı daha dolğun edirik!" şüarı altında keçirilən müsabiqənin finalına yeddi layihə təqdim edildi.
Ötən ay "Azercell Telekom" tərəfindən elan olunaraq ölkədə sosial sahədə rəqəmsal inklüzivliyi təşviq edən sosial layihə müsabiqəsi finala adlayaraq yekun mərhələsinə yaxınlaşır. Xatırladaq ki, müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır. Təhsil, mədəniyyət və sağlamlıq istiqamətində layihələri nəzərdən keçirən bu müsabiqədə rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə daha böyük üstünlüyün verilməsi nəzərdə tutulmuşdu. 
Qeyd edək ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətinin əməkdaşları və ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. 
Beləliklə, bir ay müddətində davam edən qəbul prosesi zamanı 20-dən artıq müxtəlif sosial layihələrə baxılmış, onlardan seçim şərtlərini ən yaxşı əks etdirən yeddi layihə finala keçid almışdır. Təqdim olunan layihələr milli ədəbiyyatın tanıdılması, qadınların İKT və cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası, eləcə də, fiziki məhdudiyyətli şəxslərin rəqəmsal həllər vasitəsilə daha məhsuldar və aktiv həyata cəlb olunması kimi əhəmiyyətli məsələlərin həllinə yönəlmişdi. Finala haqq qazanmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri layihələrinin əhəmiyyətliliyini münsiflər heyəti qarşısında əsaslandıraraq onların cəmiyyətə təsiri barədə proqnozları ilə bolüşdülər.
Yaxın zamanda seçiləcək üç qalib layihə Azercell tərəfindən qrantla mükafatlandırılacaq. 
"Azercell Telekom" fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. 
Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu - FOTOLARAzercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu - FOTOLARAzercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu - FOTOLAR

İqtisadiyyat       Tarix: 07 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber az valyuta mezenesi xeberlər meherremlik 2026