Azercell qadınları dəstəkləyən müsabiqə elan edir
Azercell "Həyatı daha dolğun edirik: qadınlara dəstək2026" sosial layihə müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlayır.
azxeber.com xəbər verir ki, müsabiqəninməqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi, yeni bilik vəbacarıqlar qazanılması, eləcə də ölkənin sosial və iqtisadi həyatında daha fəaliştirakını təşviq edən təşəbbüsləri dəstəkləməkdir.
Layihələrin qiymətləndirilməsi zamanı rəqəmsalbacarıqların inkişafına, inklüziv imkanlar yaradılmasına və texnologiyaların tətbiqivasitəsilə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən təşəbbüslərəüstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələryaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçimmeyarları sırasındadır.
Təqdim olunan layihələr müvafiq sahələr üzrəixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.Müsabiqə qaliblərinə layihələrinin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyədəstəyi göstəriləcək.
Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihətəkliflərini Azərbaycan dilində 30 sentyabr 2026-cı il tarixinədək link vasitəsilə təqdim edə bilərlər. Müraciətəlayihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsü də əlavəolunmalıdır.
Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərətöhfə verən, müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstəkolub.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto