Azercell tələbələr üçün yeni imkanlar açır

Azercell tələbələr üçün yeni imkanlar açırŞirkət növbəti əmək yarmarkalarında iştirak edib 
azxeber.com xəbər verir ki, ölkənin ən yaxşı işəgötürən şirkətlərindən biri olan Azercell istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daim xüsusi diqqət ayırır. Tələbə və məzunlar üçün keçirilən əmək yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. 
Belə ki, "Azercell Telekom" MMC Qərbi Kaspi Universitetində keçirilən əmək yarmarkasında iştirak edib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən tədbirin məqsədi qısa müddət ərzində işəgötürənlərin zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə kömək göstərilməsindən ibarətdir. 
"Azercell Telekom" MMC-nin gənclərin peşəkar kadr hazırlığına dəstək məqsədilə iştirak etdiyi digər platformalar arasında "İBM Cybersecurity Analyst Professional Certificate" və "Google Data Analytics Professional Certificate" inkişaf proqramları çərçivəsində təşkil olunan əmək yarmarkası xüsusi yer tutur. Sərgidə 200-dən artıq gənc, data analitikası və kibertəhlükəsizlik üzrə kadr axtarışında olan müəssisə və təşkilatlar iştirak ediblər. 
Yarmarka çərçivəsində Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin  mütəxəssisləri iş axtaran gəncləri maraqlandıran sualları cavablandırıb, şirkətdə mövcud vakansiyalar, iş şəraiti, namizədlər üçün tələblər və kadrların seçilməsi, tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında ətraflı məlumatı bölüşüblər. 
Qeyd edək ki, on beş ildən artıqdır ki, Azərbaycan universitetlərində təhsil alan istedadlı gənclər Azercell-in xüsusi Tələbə Təqaüdü ilə təltif olunur və  Təcrübə Proqramları çərçivəsində şirkətdə iş təcrübəsi ilə yanaşı müxtəlif təlimlərdən də faydalana bilirlər. 

İqtisadiyyat       Tarix: 18 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou enson xeberler son xeberler 2026 valyuta