"Azercell"dən Bilik Günü təbriki - FOTO

"Azercell"dən Bilik Günü təbriki - FOTO"Azercell"dən Bilik Günü təbriki - FOTO
"Azercell Telekom" MMC ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindirib.
Ölkənin lider mobil operatoru "Azercell" hər zaman olduğu kimi, çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib. Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub.
Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur "Busuu" mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.
"Azercell" şirkəti 2016-cı il Aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Belə ki, şirkət tərəfindən həmin döyüşlərdə həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. "Azercell" onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.
Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı "Zəfər" İctimai Birliyi tərəfindən təqdim olunub.
"Azercell" Bilik Günü münasibətilə bütün məktəbliləri və tələbələri təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayır!
Gənclərin təhsil və inkişafına dəstək "Azercell Telekom"un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış "Virtual Məktəb" portalı üzərindən onlayn tədris keçən 25 mindən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell"i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell" Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. Mobil operator "Bakutel 2019" sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.
"Azercell"in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell"in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. "Azercell" nüfuzlu "STEVIE 2020" müsabiqəsində yüzlərlə təşkilat arasında "İlin telekommunikasiya şirkəti" adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.
"Azercell"dən Bilik Günü təbriki - FOTO"Azercell"dən Bilik Günü təbriki - FOTO"Azercell"dən Bilik Günü təbriki - FOTO"Azercell"dən Bilik Günü təbriki - FOTO"Azercell"dən Bilik Günü təbriki - FOTO"Azercell"dən Bilik Günü təbriki - FOTO

Sosial       Tarix: 15 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər son xeberler 2026 azerbaycanda son xeberler sou xeberler bugun