Azərenerji: "Azərbaycan" İES ekoloji cəhətdən sağlamlaşdırılıb, milyonlarla manatın qənaətinə nail olunub - FOTO

Azərenerji: "Azərbaycan" İES ekoloji cəhətdən sağlamlaşdırılıb, milyonlarla manatın qənaətinə nail olunub - FOTO"Azərbaycan" İstilik Elektrik Stansiyası yenidən qurulandan sonra ekoloji cəhətdən çirkab sularının təmizlənməsi sistemi yaradılıb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə "Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.
V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış sularının təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı:
"Bu problemləri aradan qaldırmaq, çirkab suların təmizlənməsi üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem mazutlu və yağlı suları tam şəkildə təmizləyərək suyu kanala buraxmağa imkan yaradır".
V.Şahmuradov yenidən qurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb:
"Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda boruların hava yolları dəyişdirilib. Bunun faydalılıq dərəcəsinə nəzər yetirsək, İstilik Elektrik Stansiyasının (İES) ümumi faydalılığını təxminən 10-12 qr şərti yanacaqla aşağı saldıq. 2018-ci ilə qədər bu stansiya blokları 340-350 qr yanacaqla işləyirdisə, biz bu göstəricələri 330qr-dan aşağı saldıq. Nəzərə alsaü ki, stansiyanın illik enerji istehsalı təxminən 8 milyard kV saatdan artıqdı, bu isə milyonlarla vəsait deməkdir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin

Bank of Baku müştərilərinə daha rahat, sürətli və əlçatan bank xidmətləri təqdim etmək məqsədilə rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın növbəti yeniliyi sayəsində müştərilər artıq nağd pul kreditini 100% ta

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirini

Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR

Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci "YAŞAT" düşərgəsinə start verilib. Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə "YAŞAT" Fondunun və "ASAN Könüllüləri"

Azərbaycanın dövlət borcu bu qədərdir

2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəy

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir

Rəqəmsal bankçılıqda innovativ addımları ilə seçilən Yelo Bank, müştərilərinə bütün bank hesablarını eyni tətbiqdən nəzarətdə saxlamaq üstünlüyü təklif edir. Açıq Bankçılıq (Open Banking) prinsipləri əsasında ərsəyə gələ

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

"ColorStorm"un Abşeron Ticarət Mərkəzində böyük mağaza və "showroom" açılışı - Fotolar

Dekorativ boya və interyer həlləri sahəsində fəaliyyət göstərən "ColorStorm" şirkətinin Abşeron Ticarət Mərkəzində yerləşən yeni böyük mağaza və "​showroom"unun açılışı uğurla baş tutub. xəbər verir ki

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən canlı dunyada son xeberler xeberler az